Dəniz və okeanlarda minlərlə sirli hadisələr cərəyan etməktədir. Dəniz dibini tədqiq edən yüzlərlə alim, heyrətləndiklərini bildirmiş və bu sirli dünya bir çox nəşriyyatda işıq üzü görmüşdür. Elə bu sirli dünyanın xüsusiyyətlərindeən biri də, dənizdə meydan gələn dəniz cərəyanlarıdır. Xarici görünüş etibarilə, bu cərəyanlar, küləyin təsiri ilə və yaxud da dənizin müxtəlif hissələrində mövcud olan müxtəlif miqdarlardakı duz səbəbilə meydana gəlirlər. Duzluluq nisbəti fərqli olan iki dənizi bağlayan boğazlarda meydana gələn cərəyanların xüsusiyyəti belədir: duzu az olan dənizin suları, duzu çox olan dənizə doğru üst cərəyan ilə, duzu çox olan dənizin suları isə az olanına alt cərəyan ilə hərəkət edir. Külək sayəsində meydana gələn və okeanlarda nəzərə çarpan böyük və müntəzəm cərəyanların yaranmasında "Alize" küləkləri rol oynayır. Şimal yarım kürəsindən şimal-şərqə doğru, cənub yarım kürəsində isə cənub-şərqdən ekvatora doğru fasiləsiz əsən alize küləklərinin təsiri ilə okeanın səth suları qərbə doğru hərəkət etməklə cərəyanların meydana gəlməsinə səbəb olur. Bu cərəyanlar, Atlantik Okeanda, Sakit Okeanda və Hind Okeanının cənubunda küləklərin meydana gətirdiyi ekvator cərəyanlarını əmələ gətirir. Bu cərəyanlar dünya qərbdən şərqə doğru dövr etdikcə və ekvatora doğru sürət get-gedə artdıqca, onları əmələ gətirən, alizelər kimi qərbə yönəlir və bu istiqamətdə qarşılarına çıxan quru parçalarına çarparaq qollara ayrılırlar. Bu qollardan bəziləri orta "enliklərdə" əsən qərb küləklərinin təsiri ilə axmağa davam edirlər. Bəzi qollar da əsas cərəyanın başlanğıç nöqtəsinə gələrək halqalar əmələ gətirirlər. Okean cərəyanlarının halqa halına çevrilməsinin səbəbi,
Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur.
Tibbi məqsədlə istifadə olunan bitkilərdən biri olan çörəkotu, Ranunculaceae (Toy çiçəkləri) ailəsindən Nigella sativa növüdür. Bitkinin kapsul içərisindəki toxumu qida kimi istifadə olunur. Bitkinin adı toxumlarının qara rəngindən götürülmüşdür. “Nigella” sözü latın dilində qaraya çalan mənasına gələn “nigellus” sözündən alınmışdır.
Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir. Çörəkotunun toxum suyu və yağının;
Yeni Üfüqlər Aça Biləcək Texnologiya: Keçirici Üzvi Polimerlər
Təbiətdəki canlılardan əldə edilən müxtəlif xammalları əşya istehsalında istifadə edirik. Yaradıcının sonsuz elm və qüdrəti ilə canlıların sintez etdiyi bu maddələrin bəzilərini (pambıq, ipək və yun kimi) insan min illərdir istifadə edir. Kauçuk kimi maddələr isə nisbətən təzə sayıla bilər. Dəri, sümük, ağac və selluloza lifləri ən çox istifadə olunan üzvi xammallar olmuşdur. Allahın qüdrəti sonsuzdur, fəqət təbiətin zənginliyi hədsiz deyil. Ona görə də ekoloji tarazlığı hər gün öz əlimizlə pozur və yer üzünü şüursuz şəkildə ölümə aparırıq. Bu gün tullantı bitki və heyvanlardan təbii yolla əldə edilən xammal, insan sağlamlığı üçün çox uyğun olsa belə, gedərək azaldığı və beləliklə də bahalaşdığı üçün bunların hər kəs tərəfindən istehlakı çətinləşir.
Alimlər daha ucuz xammal istehsal etmək üçün dayanmadan çalışırlar. Belə ki, çox uzun bir keçmişi olmayan neylon, rezin, plastik və polivinilxlor (PVC) indi çox yayılmış maddələrdir. Ətrafımızda gördüyümüz, gündəlik həyatda istifadə etdiyimiz bir çox şey plastikdən, yəni polimerlərdən istehsal edilmişdir. Polimerlər (poli-çox, meros-hissə, qisim), bir-birinə oxşayan kiçik molekul vahidlərinin zəncirvari bir-birinə əlavə edilməklə meydana gələn nəhəng molekullardır. Tez-tez istifadə etdiyimiz neylon zənbillərdən maşın təkərlərinə, uşaq oyuncaqlarından qışda geyindiyimiz çəkmələrin dabanlarının istehsalına qədər bir çox sahədə istifadə edilməkdədir.
Polimerlərin təbiətdə meydana gətirdiyi ən böyük problem, üzvi maddələr kimi çürüyüb parçalanmamalarıdır və yüz illərlə dünyanı kirlətmələridir. Ona görə də zibilliklərdən yığılıb istilik ilə və ya kimyəvi üsullarla yenidən istehsal edilməlidirlər.