Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər.
Digər tərəfdən, şahmatla bağlı ilk yazılı sənədlər də Hindistanla bağlıdır. Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı. Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır. İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da
Oriqaminin tarixi ilə bağlı konkret məlumat olmasa da, kağızın tarixi ilə, demək olar ki, eynidir.
Kağız ilk dəfə Çində icad edildiyi üçün ilk oriqami nümunələri də Çində meydana gəlmişdir. Daha sonra isə oriqami Çindən Yaponiyaya keçmişdir. Oriqaminin əsas inkişaf dövrü də elə yaponların adı ilə bağlıdır. Oriqaminin Yaponiyada inkişaf etməsinin əsas səbəbi isə yaponların kağıza verdikləri qiymətin nəticəsidir. Oriqami yapon dilində “ori” (qatlamaq) “kami” (kağız) sözlərinin birləşməsindən ibarət olub, “kağız qatlama” sənətidir. Oriqamidə əsasən kvadrat formalı kağızlardan istifadə olunur. Bu kağızları kəsmədən və yapışqandan istifadə etmədən qatlayaraq müxtəlif
Biz görsək də, görməsək də, bədən bu ay ərzində aşsüzənin gözündən süzülən kimi arınır, bir çox sağlamlığa zərərli maddələrdən xilas olur
Araşdırmalar göstərir ki, Ramazan ayında oruc tutan müsəlmanların bu ibadətlə bağlı ən çox xətaları gün boyunca yatmaq, saatlarla televizora baxmaq və iftarı açan kimi siqaret çəkməkdir. Bütün bunlar əslində Ramazan orucu haqqında əsassız təlaşdan qaynaqlanır. İnsan günün uzunluğundan və iftara yetişə bilməyəcəyindən qorxaraq günün bir hissəsini yatmaq istəyir. Halbuki insan orqanizmi çox böyük potensiala sahibdir və aclığa, susuzluğa