|
Əgər insan ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, o, şeytanın yolundadır
Əgər bir nəfər “mənim heç bir günahım yoxdur” deyirsə, əmin olun ki, səmimi deyil. Allah qatında günahsız olanlar ancaq peyğəmbərlərdir. İnsan fitrət etibarilə günaha açıq bir varlıqdır, yəni günah işləyə bilər. İnsanın insanlığı da elə günah işlədikdən sonra üzə çıxır. Adam var, günahını başa düşən kimi tövbə, istiğfar edir, rahatlığını itirir, gecə-gündüz dua edərək, Allahdan onu bağışlamasını diləyir. Adam da var ki, ağına-bozuna baxmır, nə edir-etsin, özünü haqlı sayır. Əgər insan günahını etiraf eləmədisə, ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, Allaha yalvarıb əfv diləmədisə, demək, o, şeytanın yolundadır. Çünki şeytan Allahın əmrindən çıxaraq insana səcdə eləmədi, öz inadında israr etdi, nəticədə Allahın qəzəbinə uğrayıb cənnətdən qovuldu. Həzrəti-Adəm isə xətasını anlayan kimi tövbə edib Allahdan əfv dilədi və
|
|