|
Ramazan ildə bir dəfə əlimizə keçən, daha doğrusu, Allahın(c.c) bizə bəxş etdiyi ən böyük fürsətdir. Bu fürsətdən istifadə etməmək bir-birindən bahalı və qəşəng qızıllarla dolu xəzinədən əliboş çıxmaq kimi bir şeydir. Ramazan Sonsuz Rəhmət Sahibinin (c.c) mərhəmət xəzinəsinin qapılarının çox geniş açıldığı bir aydır. Düşünün! 30 gün və həm də 24 saat bir xəzinənin içərisində gəzirsiniz, şeytan kimi ən böyük düşməniniz də zəncirdə. Belə fürsətdən istifadə etmək üçün bir müsəlman kimi bütün duyğularımızı və iradəmizi səfərbər etməliyik. Hər şeydən əvvəl, bu hədəfləri qarşımıza məqsəd qoymalıyıq: .. Müqəddəs kitabımız Quran-i Kərimin bu ayda endirildiyini nəzərə alaraq, onu çox oxumaq. .. Təravih namazını 20 rükət və camaatla məscidlərdə qılmaq. .. İftar saatlarında Hz.Məhəmmədin (s.ə.s) ümməti üçün dua etmək. .. Oruca başlayarkən sahur yeməyinə mütləq qalxmaq və sahur vaxtı dua, namaz və Allahı(c.c) zikr etməklə zamanı çox yaxşı dəyərləndirmək. .. Tələbələrə, qonşulara, qohumlara, imkansız müsəlmanlara iftar vermək. .. Sədəqələri bu ayda artırmaq. .. Allahın(c.c) adlarını daha çox zikr etmək. .. Qeybət, yalan, dedi-qodu kimi günahlardan uzaq duraraq orucun savabını azaltmamaq. .. Ramazanı bərəkətləndirmək üçün fitrəni artıqlaması ilə vermək. .. İnsanlara qarşı daha xeyirxah olmaq. .. İnsanların qəlblərindəki yumşalmanı nəzərə alaraq və bunu bir fürsət bilərək, onları İslama yaxınlaşdırmağa çalışmaq. .. Pis xasiyyətləri və alışqanlıqları tərk etmək. .. Yaşlı insanların, qohumların ziyarətinə getmək, onları sevindirmək. .. Hər gün Qədr Gecəsi ola biləcəyini ehtimal edərək, Ramazan gecələrini ibadət və dualar ilə dəyərləndirmək. Təbii ki, bu hədəfləri daha da çoxaltmaq mümkündür. Ancaq bu hədəfləri həyata keçirərək nəticəni Allahdan (c.c) gözləmək üzərimizə düşən ən böyük vəzifədir. Necə ki, Allah(c.c) buyurub:” Qulum mənə tərəf bir addım atarsa, mən ona tərəf on addım ataram. Əgər o mənə tərəf yüyürərək gələrsə, mən ona tərəf qaçaraq gələrəm.”
TƏRAVİH NAMAZIRAMAZANI NECƏ BAŞA DÜŞƏKMübarək üç aylarRAMAZANDA QİDALANMAYA FİKİR VERİNSiqaret bəlasından qurtulmaq üçün gözəl ...Rəsulullah (s.ə.s.) oruc haqqındaHər ləkəni yuyan iksirAllah-Təalaya yaxınlaşma fürsətiTənqid psixolgiyasıHəyatın əsl mənasıƏtraf mühitin təmizliyiKİMLƏRİN BARMAQ İZİ YOXDURİnsan hesab verəcəkmi?Azərbaycan ordusu dünənimizin, bu günümüz ...Müqayisə
|
|