Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Googlebot

Qonaqlar: 3
Ümumi: 4

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Ulduzların sirləri

 

 

 

 

 

 

altGecələr səmanı seyr etsək, hələ gecə də aydındırsa, milyonlarla nöqtələr kimi ulduzları görərik və bəzən bu işıqlardan düz və ya əyri xətlər cızıldığını görərik. Xüsusilə avqust aylarında daha çox görə bildiyimiz bu işıqlı oxlar quyruqlu ulduzlar kimi, çoxu onlardan qopmuş, Günəş Sisteminə aid hissələrdir. Əslində ulduzlar çox böyük və çox uzaqdadırlar. Onlar da bir günəşdir, hətta günəşlərin də günəşidirlər. Məsələn, Veqa ulduzu günəşdən 50 dəfə daha böyükdür. Orion Rigel ulduzu isə 50.000 dəfə daha güclüdür.


Uzaqlıqları isə çox fərqlidir. Ən yaxınının işığı belə ancaq bizə dörd ilə gəlib çata bilir. (İşıq saniyədə 300.000 km yol qət edir). Qu quşu ulduzunun nisbi uzaqlığı 11 işıq ili (işığın bir ildə getdiyi yol) qədər ölçülmüşdür. Bizim də sistem kimi getdiyimiz Veqa ulduzu isə, bizdən 27 işıq ilı uzaqdadır. Yəni hal hazırda gördüyümüz 1978-ci ildəki halıdır. Hər zaman göz qırpırmış kimi yanıb sönmələri də, «döyünmə» adlanan müntəzəm şəkildə bükülüb genişlənmələri və işığın bir xüsusiyyətindən, yəni özlərinin işıq mənbəyi olmaları və bizə çox uzaq olmalarındandır.


Ay kimi başqalarının işığını əks etdirən planetləri də, bu fərqə görə dərhal seçə bilərik.


Günəşimiz də daima içindən qaynayır, müntəzəm olaraq partlayışlarla köhnəlir və ya özünü yeniləyir. Bəzən bu partlayışlar elə şiddətli olur ki, minlərlə ton ağırlığındakı hissələr fəza boşluğunda yoxa çıxır. O biri ulduzlar da belədir. Beləliklə, günəşlərdən, quyruqlu ulduzlardan qopmuş bu sərt hissələr, kürəmizə qədər “qonaq” gəlir, göndərilirlər. Niyə “qonaq”dırlar, niyə göndərilirlər?


Əvvəlcə atmosfer qapımızı döyməmiş içəri girmirlər. Bizə doğru sürətlə gələrkən atmosfer girişində, qapıda Göndərənin əmri və təlimatı ilə, oddan bir xətt çəkirlər, bizə gəldiklərinin xəbərini verirlər.


Bu dəvətli-dəvətsiz “qonaqlar” biz yerlilər üçün çox əhəmiyyətlidir. Hər şeydən əvvəl bunlar başımıza gələn daşlardır. Heç də boş olana bənzəmirlər. Bunlar haqqında nə eşitmişik, nə bilirik? Qısa da olsa bir nəzər salaq.


Bunların günəş sistemi içində gəzənlərinə meteor, bizə qədər gəlib çatanlara da meteorit deyirik. Çoxu gözlə görülməyəcək qədər kiçik toz zərrələri halındadır. Bunlara da mikro meteoritlər deyirik. Müxtəlif istiqamətlərə doğru gedən meteorların digər planetləri və Ayı nə hala gətirdiklərini şəkillərdə çox görmüsünüz.


Ayın şəklinə baxıb səcdəyə qapanmamaq mümkündürmü? Minlərlə daşdan başımızı qoruyanı tanımamağa heç vicdan razı olarmı?


Bizim axan ulduzlar adlandırdığımız bu meteorlar saniyədə 12-72 km sürətlə üstümüzə doğru hərəkət edərkən atmosfer qalxanımıza dəyib sürtünmədən yanmaqdadırlar. Biz o anı görür və səhv bir dəyərləndirmə ilə axan ulduz adlandırırıq.

Yerin günəş ətrafında fırlanma sürəti saniyədə 30 km-dir. Meteoritlər yerin fırlandığı istiqamətdə gəlib düşərsə 72 – 30 = 42 km/san; tərs istiqamətdən gələrək düşərsə, 12 + 30 = 42 km/san, yəni saniyədə 12 ilə 72 km arasında düşən meteoritlərin həqiqi sürətləri təqribən 42 km/san-dir.


Əksəriyyəti böyük deyil. Atmosferimizdə parçalandıqları üçün, çoxu mərcimək, noxud boydadır. Ancaq bizə qədər çata bilən böyük kütlələr də vardır. Müəyyən edilə bilənlərin bəzilərindən bir az bəhs edək.


Bunları dəmirli (sideridlər), daş-dəmirli (sideroidlər) və daşlı (aeroidlər) olmaqla üç qisimdə mütaliə etmək olar. Dəmirli meteoritlərdə 91% dəmir, 8% nikel, 0,6% kobalt və silisium oksid mövcuddur. Bunların bu yerin daşı olmadığı sadə gözlə belə baxanda dərhal bilinir.


Daş-dəmirli meteoritlərdə metal və silisium oksid miqdarları bir-birinə yaxındır.

Daşlı meteoritlərdə isə silisium oksid daha boldur. Bunlarda 42% oksigen, 21% silisium, 16% dəmir, 16%-a qədər də maqnezium var. Təbii olaraq bu maddələr qarışıq halındadırlar. Bizə gəlib çatanların əksəriyyəti bu son sinifə daxildir.


Bunların yaşı radio-aktiv elementləri ilə müəyyən edilir. Dəmirlilər daha yaşlı olub yaşları 6.10^9 ilə qədərdir. Daşlı olanlar isə kürəmizlə daha həmyaşıd olub yaşları 10^9 ilə 4,5 x 10^9 il arasında dəyişir.

Bu halda daşlı meteortilər günəş sistemi içindən, digərləri isə daha uzaq yerlərdən gəlmiş “qonaqlar” olub ulduzlardan gəldikləri ehtimal edilir.


Böyüklərinə gəldikdə isə: 30 Aprel 1908-ci ildə Sibirdə Tunquska səmalarında görünən atəş kürəsindən xalq dəhşətə qapılmışdı. Böyük bir gurultu və sarsıntı olmuş, naməlum bir yerdə nə isə olmuşdu. 5-10 il sonra bəzi elm adamları oraya gedə bildilər. Genişliyi 50 km olan bir meşə yanıb kül olmuş, bəzi yerlərdə çuxurlar əmələ gəlmişdi. İncələmələr böyük bir meteor olduğunu göstərdi.


1 Aprel 1920-ci ildə Almaniyada Hunsrucka yeddi parça od halında daşlar düşmüşdü, müxtəlif böyüklüklərdə çuxurlar açılmışdı.


12 Fevral 1947-ci ildə Şərqi Asiya sahillərindən Vladivostokun yaxınlarına dumanlı bir yol cızaraq gəlib dolu halında ətrafa saçılan daşların ümumi ağırlığı 23 ton təşkil etmişdi.


Çox qədim zamanlarda Arizonanın Vinslov yaxınlığına düşən meteoritin açdığı kraterin ölçüsü isə 1600 m-ə qədər idi.


1941-ci ildə Domaniç yaylasına düşdüyü söylənən 25 kg ağırlığındakı meteorit indi Bursa Muzeyində nümayiş etdirilməkdədir.



  • Ulduzların sürüşməsi
  • Ayın isti olduğu, gecənin isə olmadığı z ...
  • Qara dəliklər
  • Turbulens
  • Mühəndislik perspektivindən qiyamət
  • Memar Əcəmi Naxçivani
  • RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏLƏRİ
  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • Fotonlar
  • Körpəni qoruyan kimdir?
  • Elm və texnologiya üfüqləri
  • İşıq və şüalar
  • Okeanların turşuya çevrilişi
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Çox axtarılan qızıl
  •  (Səslər #: 11)

     
    Baxılıb: 3330 Müəllif: Admin 12 Avqust 2009 Şərhlər (6)

     

    1 Müəllif: Xalid (12 Avqust 2009 17:42)
     
    Sizin saytinizda hemise lduqca qiymetli elmi melumatlar elde etmek mumkundur.Lakin bu meqalelerin daha derin,daha etrafli olmasina ehtiyac var. Hazirda teqdim edilen ulduzlar haqda meqaleye gore size minnetdram,laki bu meqaleni daha da deqiq elmi dilde yazmaq daha yaxsi olardi
     

     

    2 Müəllif: Admin (13 Avqust 2009 16:28)
     
    Xalid,
    Iradlarinizi dogrudur insallah sonraki meqalelerde elimizden gelen qeder buna emel etmeye calisacayiq
     

     

    3 Müəllif: special (15 Avqust 2009 02:52)
     
    teshekkur edirem burda olduqca lazimli elmi movzular olur. Ayin bolunmesine aid bir movzunuz var idi onu tapa bilmirem , onuda yerledirseydiniz yaxsi olardi
     

     

    4 Müəllif: mulan (15 Avqust 2009 14:55)
     
    heqiqeten de cox ela melumatdi
     

     

    5 Müəllif: special (19 Avqust 2009 21:44)
     
    teshekkurler maraqlidir
     

     

    6 Müəllif: rauf531 (25 Avqust 2009 12:16)
     
    verdiyiniz melumatlara gre ox sa olun lol
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Heliumun kəşfi
    » Beyin fırtınası və düşünc ...
    » Ulduzların sirləri
    » Siqaret bəlasından qurtulmaq üçün g ...
    » Həyatda çirkin bir şey varmı?
    » Ətraf mühitin təmizliyi
    » Yaponların kağız əfsanəsi: oriqami
    » Öyrənmənin 7 prinsipi
    » RAMAZANI NECƏ BAŞA DÜŞƏK
    » Bekkerelin Sələfi
     
    Təqvim
    «    Avqust 2009    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters