Gecələr səmanı seyr etsək, hələ gecə də aydındırsa, milyonlarla nöqtələr kimi ulduzları görərik və bəzən bu işıqlardan düz və ya əyri xətlər cızıldığını görərik. Xüsusilə avqust aylarında daha çox görə bildiyimiz bu işıqlı oxlar quyruqlu ulduzlar kimi, çoxu onlardan qopmuş, Günəş Sisteminə aid hissələrdir. Əslində ulduzlar çox böyük və çox uzaqdadırlar. Onlar da bir günəşdir, hətta günəşlərin də günəşidirlər. Məsələn, Veqa ulduzu günəşdən 50 dəfə daha böyükdür. Orion Rigel ulduzu isə 50.000 dəfə daha güclüdür.
Tarix, insanların qızıla olan arzularının meydana gətirdiyi savaşların və sərgüzəştlərin hekayələri ilə doludur. Qızıl zənginliyin, bolluğun simvolu olmuş; zənginlik isə çox vaxt insanları və xalqları güclü qılmışdır. Böyük mədəniyyətlərin dirçəliş və tənəzzülü, sahib olduqları qızıl miqdarının artması və azalması ilə düz mütənasib olmuşdur. Orta əsrlərdə kimyaçılar başqa metallardan qızıl əldə etmək üçün üsullar tampağa çalışmış, ancaq bu işləri nəticəsiz qalmış, insanlar qızılı tapmaq ümidi ilə yer üzünü gəzmiş və böyük çətinliklərə məruz qalmaqdan çəkinməmişlər. İnsanların uğrunda həyatlarını təhlükəyə atmaqdan qorxmadıqları və sahib olanları zəngin edən bu maddə nədir?