İnsanın həyatındakı ən böyük ehtiyaclarından biri də təhlükəsizlikdir. Bu ehtiyacı qarşılamağın yollarından biri insanların sahibi olduqları şeyləri pis niyyətlilərin hücumundan qorumaq üçün alınan tədbirlərdir. Dinimiz mühafizə ediləcək beş məsələni (mal, namus, ağıl, can və din) bizə bildirmişdir. Təhlükəsizlik hər dövrdə müəyyən təcrübə və texnoloji imkanlara görə təmin edilmişdir.
Dövrümüzdə sürətlə inkişaf edən texnologiya, bu ehtiyacımızı qarşılamaq üçün şəxsi identifikasiya nömrələri (PIN), kart və şifrə kimi müxtəlif metodlarla həyatımıza daxil olmuşdur. Bu gün kompüterin açılış düyməsinə basdıqda, bankamatiklərdə, internetdə yerinə yetirdiyimiz müxtəlif əməliyyatlarda və daha bir çox sahədə bir kart və ya şifrəyə ehtiyac duyuruq. Bu səbəblə şifrəsiz bir həyatı düşünmək artıq bizə çətin görünməyə başladı.