Tailand - bacarıqlı filləri, əhlilləşdirilmiş timsahları, təbii gözəllikləri və müasir mənzərəsi ilə yanaşı, fərqli mədəniyyəti ilə nəzərlərimizi cəlb edən bir ölkədir.
Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası “mələklər şəhəri”dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən önəmli şəhərlərindən biridir.
Kanallar şəhəri olan Banqkok qədimdə uzaq şərqin Venesiyası kimi tanınırmış. “Suların ən soylu anası” mənasında Çau Praya ilə şəhər iki yerə bölünür. Bu çayı Banqkokdan ayrı düşünmək mümkün deyil. Məhsuldar ovalar Çau Praya çayı ilə canlanmış və məhsul vermişdir.
Şəhərin hər tərəfində məbədlər və saraylar görünür. Yalnız Banqkok şəhərində 400 ətrafında Budist məbədi olduğu deyilir.