Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Googlebot

Qonaqlar: 2
Ümumi: 3

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Aslanın üç tükü

 

 

 

 

 

 

alt

Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.

Qadın çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı...
Qadın, bir tərəfdən, qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və: “Mən sənə kömək edə bilərəm. Ancaq bir şərtlə ki, gərək mənə üç aslan tükü gətirəsən. Üstəlik, bu tükləri öz əllərinlə qoparmalısan”, - dedi. Qadın, əvvəlcə, qulaqlarına inanmadı. Çünki aslan kimi vəhşi bir heyvandan bu üç tükü necə qopara bilərdi? Vəziyyətin çox ciddi olduğunu başa düşəndən sonra isə tükləri gətirmək üçün yola çıxdı. Çox keçmədi ki, aslanın yaşadığı meşəyə çatdı. Aslan həm çox böyük, həm də çox ac idi. Üstəlik, dayanmadan nərə çəkirdi. Qadın istər-istəməz qorxdu və arxasına da baxmadan oradan uzaqlaşdı. Ertəsi gün qadın yenə aslanın yanına gəldi. Ancaq o, bu dəfə əliboş deyildi. Özü ilə aslana ət də gətirmişdi. Əti aslanın yaxınlığına qoyub, oradan uzaqlaşdı. Aslan ətin hamısını yedi. Ertəsi gün qadın yenə ət gətirdi. Bu dəfə əti aslana daha yaxın bir yerə qoydu. Aslan bu dəfə də ətin hamısını yedi. Beləliklə, qadın hər gün aslana ət gətirir, aslan da ətin hamısını yeyirdi. Aslan artıq qadının “təhlükəsiz” olduğunu başa düşmüşdü. Onu görən kimi nə qəzəblənir, nə də nərə çəkirdi. Əksinə, bir az da sevinirdi. Bu, bir-iki həftə belə davam etdi...
Bir gün qadın aslanın lap yaxınlığına gəldi. Ona öz əlləri ilə ət verdi. Sonra da aslanı sığallamağa başladı. Axırda da yalından üç tük qopardı. Aslan buna əhəmiyyət belə vermədi...
Qadın qopardığı tükləri götürüb sevinclə qocanın yanına qayıtdı. Tükləri göstərib: “İndi mən bu tükləri nə edim?” - deyə soruşdu. Qoca təbəssümlə qadına baxıb: “Heç bir şey!” - dedi, - “artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin. İndi eyni şeyi oğlun üçün də et. İnanıram ki, gec-tez onun sevgisini qazanacaqsan”...

 

(Ailəm jurnalı)


  • Ən qiymətli şey
  • Müqayisə
  • Tənqid psixolgiyası
  • Şahmat haqqında nə bilirsiniz?..
  • RAMAZANI NECƏ BAŞA DÜŞƏK
  • Ətraf mühitin təmizliyi
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Ramazanda hədəfimiz
  • Marsın Sirləri
  • Gözlənilən xilaskar
  • Elm və texnologiya üfüqləri
  • Allah-Təalaya yaxınlaşma fürsəti
  • Heliumun kəşfi
  • Ürək möcüzəsi
  • Öyrənmənin 7 prinsipi
  •  (Səslər #: 35)

     
    Baxılıb: 3346 Müəllif: Admin 7 İyul 2009 Şərhlər (7)

     

    1 Müəllif: blablarub (15 İyul 2009 13:11)
     
    Немного информации, но все понятно и лаконично



    Спасибо будем следить за обновлениями сайта.
     

     

    2 Müəllif: sevinc (25 İyul 2009 19:21)
     
    maragli yazilariniza gore minnetdaram əməyi olan her kese
     

     

    3 Müəllif: Пересторонин (26 Avqust 2009 03:18)
     
    Огромный сенкс!
     

     

    4 Müəllif: Ytroholiday (27 Avqust 2009 14:14)
     
    Очень не хочется огорчать автора.. но можно и немного больше сказать по этому поводу.
    Раньше я интересовался этим вопросом, поэтому знаю некоторые весьма интересные факты...
     

     

    5 Müəllif: X lady (3 Sentyabr 2009 16:49)
     
    herden bir ushaqin qelbini ele alamaaq, mehebbetini qazanmaq bir aslani ele alamqdan qat-qat cetin olur
     

     

    6 Müəllif: fredddtyre (1 Oktyabr 2009 03:37)
     
    Статья оставила сложное, неоднозначное, впечатление… Даже не знаю, что сказать… Нужно время, чтобы обдумать прочитанное.





     

     

    7 Müəllif: BAKINKA777 (30 Oktyabr 2009 22:27)
     
    Chox gozel hekaye idi.Teshekkurler wink
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏL ...
    » Elm və texnologiya üfüqləri
    » Hazırcavablar
    » Ulduzların sürüşməsi
    » Azərbaycanda kredit sistemi
    » Mühəndislik perspektivindən qiyamət
    » “Allah” sözündəki möcüzə
    » Müqayisə
    » TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏR& ...
    » Mübarək üç aylar
     
    Təqvim
    «    İyul 2009    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters