Yoxluqdan vücut tapdıq. Bir ana qarnından dünyaya gözlərimi açdıq. Ruzimiz, düz yanımızda süd olaraq göndərildi. Qayğı ilə bəsləndik, şəfqətlə böyüdük.
Əgər o ana şəfqəti və ata sevgisi verilməsəydi, bizim o dözülməz körpəliyimizə kim dözə bilərdi?
Dünyaya gəldiyimiz andan etibarən ətrafımız nemətlərlə dolduruldu. Günəş bizi isitdi, su bizi təmizlədi, qidalar qarnımızı doyurdu, hava tənəffüsümüzü təmin etdi. Və bütün bunları zəhmətsiz və pulsuz istifadə etdik.
Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri həcmdə material toplamağa imkan verir.
Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr» qalmamışdır.
Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin üfüqləri getdikcə genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Ona görə də coğrafiya elminin müxtəlif sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır.
Vücudumuzdakı qan miqdarı, böyüklüyümüzdən asılıdır. Məsələn, 40 kilo ağırlığındakı bir uşağın qan miqdarı təqribən 2.5 litrdir. Əgər onun atası 80 kiloqramdırsa, qan midarı onun iki mislidir, yəni 5 litrdir. Bir aylıq körpədə təxminən 300 qram qan olur.
Günəş sistemi sadəcə “bir ulduz, doqquz planet, planetin peykləri, asteroid və quyruqlu ulduzlar”dan ibarətdir formasında bir tərif desək də, bu, cisimlərin orbitləri ilə əlaqədardır. Ölçülər mövzusunda isə qarşımıza daha qəribə bir portret çıxır. Planetləri böyüklüklərinə görə iki qrupa bölmək olar: Yupiter, Saturn, Uran və Neptunun tərkibində olduğu ilk qrupdakı planetlər, tərkibində Yer kürəsinin də olduğu digər qrupdakı planetlərdən yüz dəfələrlə daha böyük soyuq qaz toplarıdır.
Görkəmli dilşünas və ilahiyyat alimi Əz-Zəncani Mahmud bin Əhməd bin Mahmud Əbu əl-Mənaqib Şihabəddin 1177 (8)-ci ildə orta əsrlər Azərbaycanının elm mərkəzlərindən birində-Zəncan şəhərində anadan olmuşdur. Yaxşı təhsil almış və uzun müddət Bağdadda yaşamışdır. Burada o zaman bütün Şərqdə tanınan "Nizamiyyə" və "Müstənsiriyyə" mədrəsələrində dərs demişdir. Bir müddət hətta Bağdadın qazisi də olmuşdur. Mahmud Zəncani 81 yaşında 1258-ci ildə vəfat etmişdir.
Avstraliyanın 1600 km cənub şərqindəki Yeni Zelandiya, iki adadan ibarətdir: Şimal və Cənub adaları. Bunlardan başqa bir düjün (on iki ədəd) də kiçik ada var. Bu adalar gəmi ilə bir neçə saat uzaqlıqda yerləşir.
Yeni Zelandiyanın paytaxtı Vellinqton, ən böyük şəhəri isə Ouklanddır. Bir vaxtlar İngilis hegemonluğunda olan ölkə artıq müstəqildir.
İnsanın sinir toxuması xeyli nazikdir. Bir sinir hüceyrəsinin çəyirdəyi ölərsə, artıq onun müalicəsi mümkün deyil. Uşaq iflici kimi xəstəliklərdə sinir hüceyrəsi xarab olduğuna görə, əmr almayan əzələlər iflic olur. İflic olan uşaq yaşasa da, orqanları hərəkətsiz qalır.
Sinirlər, əhəmiyyəti və nazikliyi ilə vücudda çox yaşı mühafizə ediləcəyi yerləşdirilməlidir. Görəsən elədirmi?
Qaradəlik məvhumunun tarixi nə vaxtdan başlayır? Qaradəlik məvhumu ilə ümumi nisbilik nəzəriyyəsi arasında nə əlaqə var? Qaradəlik ancaq bir fərziyyədirmi?
Kosmologiyanın gündəliyini müəyyən edən məvhumlardan biri də qaradəliklərdir. Bu adı icad edən Con Velerdir. Mövzu Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən götürülmüşdür. Bu mövzuda iki böyük aparıcı alim S. Havkinq və R. Penrousdur. Havkingin vurğuladığı kimi “ümumi nisbilik hər müşahidə ilə ahəng təşkil edən gözəl bir nəzəriyyədir.” Qara dəliklərin varlığı demək olar ki, müşahidə olundu. (R. Penrous, 1994)
850 ildən artıqdır ki, misilsiz yaradıcılığı ilə bəşəriyyəti heyrətdə qoyan Nizami Gəncəvini çoxları ancaq dahi bir şair kimi tanıyır. Bəziləri isə hələ də bilməyir ki, Nizami bir şair kimi dünya poeziyasında hansı zirvədə dayanırsa, dünyəvi elmlər sahəsində də bir alim kimi həmin zirvədə durur. Ümumiyyətlə alimlik və şairlik Nizami dühasının qoşa qanadlarıdır. Həmin qanadlar vasitəsilə şair poeziyanın və elmin əlçatmaz zirvələrini fəth etmişdir.
Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər uzanırdı.
NASA tədqiqatçılarının bir qrupu yenidən iddia ediblər ki, Marsı hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.
NASA-da Marsın tədqiqi ilə uzun illər məşğul olan və beynəlxalq aləmdə kifayət qədər tanınan tədqiqatçıların bir qrupu yenidən iddia ediblər ki, bu sirli planet səthində müşahidə olunan proseslər təbii yollarla baş verir və onu hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.