Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Googlebot

Qonaqlar: 1
Ümumi: 2

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Nur içndə nur

 

 

 

 

 

 

alt    Müqəddəsliyi qarşısında ürəyimdə dolub-daşan sevgimi dilə gətirmək üçün Həzrəti-Məhəmmədin mübarək ruhuna poetik duyğularımla üz tutmaq cəsarətini özümdə tapdım. Ondan bir imdad rüzgarı əsdi üstümə. İçimdə oyatdığı məhəbbət yanğısını misra s ığalına layiqincə ayarlaya bildimsə, bu söz çələngim Onun ulu dərgahına qul borcum olsun!
Qüsurlarım qədərindən artıq nəzərə çarparsa, bu, təkcə mənim suçum deyil: zaman utansın! Allahın, Onun Rəsulunun adını yasaq etmiş amansız bir imperiyada yetmiş il havadan, sudan, Günəşdən.., xülasə, yaşama şərtlərindən məhrum buraxılmış bir İslam ağacıyam mən! Yetmiş ildən sonra yenidən öz Peyğəmbərimə yönəlik şəkildə yaşamağa, pöhrə verməyə başladımsa, bu da Həzrəti-Məhəmmədin və onun uca dininin əvəzsiz möcüzəsi sayılsın gərək!
Bir də qüsurları görməmək Rəsulullahın gözəl əxlaqından qaynaqlanır: Fəxri-Cahan Peyğəmbərimiz insanların ayıb və qüsurlarını araşdırmazdı.

 

      Nur içində nur

Bu kirlənmiş dodaqlarla səni öymək nə günah!
O dil-dodaq öysün səni-virdi Quran, Bismillah!
Nida gəlir göylərdən: Lailahə illəllah!
Ey kəlamı Kəlamullah! Müşk qoxuyan vücudu!
Sən öyrətdin hümmətinə haqq önündə sücudu.


Çəmən-çiçək pıçıldasın o mübarək ismini,
Bağ-bağçada qızıl güllər xətm eləyib rəsmini.
Həsrətindən coşan sular dil-dil ötür vəsfini,
İlahidən sevilən sən, öyülən sən, ancaq sən!
Amalına, kamalına, camalına min əhsən!


Sübhə işıq, gözə nursan! İşıq ölməz, nur ölməz!
Təcəllinlə ölməyənlər qiyamətdə dirilməz!
Şəfqətinlə hörülməyən sınıq könül hörülməz!
Sən könüllər memarısan: şəfa səndə, ruh səndə!
Ömrümüzə bahar əsər: sən qəlblərə əsəndə!


Dəva səndən, şəfa səndən, kani-irfan, ya Rəsul!

Sübhi-məsa, nuri-əhəd, mülkə sultan, ya Rəsul!
Övliyalar mürşidisən, fəxri-cahan, ya Rəsul!
Gözəlliyin səbəbkarı göydə Allah, yerdə sən,
Sən baqisən, sən dirisən, bir ilahi sirdəsən!


Sevildikcə çevrə-çevrə yaxınlaşan üfüqsən!

Bizə bizdən daha yaxın, könlümüzə rəfiqsən!
Pənahsızlar pənahısan, imdadsıza tövfiqsən!
Aç qolunu, bas bağrına nə qədər ki, miskin var!
Əlacsız var, nəsibsiz var, taleyindən küskün var!


Sıyrıl mahi-taban kimi bu zülmətin içindən!
Xilas elə hümmətini müsibətin içindən!
Qurtar bəşər övladını kəsafətin içindən!
Nizam səndə, düzən səndə: sən dirilik qaynağı!
Başımızın tacı olsun ayağının torpağı!


Möcüzə tək endirildi Quran sənin adına!
Könül istər fəda olsun hər an sənin adına!
İsmi gözəl, cismi gözəl! Qurban sənin adına!
Əllərinin təravəti hopub gülə, gülzara!
Qiyas edib vəsf etməyə ətrin hara, söz hara?!


Hər buyruğun-din çırağı, hər kəlamın-vəcizə!
Qədr-qiymət ayarında hər vəcizən-möcüzə!
Bir ilahi nur çilənib hər nəfəsə, hər cüzə!
Həyatın başdan-başa sirrullahdır, ya Rəsul!
Gələn sənsən! Qalan sənsən! Qeyri lafdır, ya Rəsul!


Elə böyük Sultansan ki, düşmənin var hələ də,
Xof etməzsən - sənə qarşı min-min yağı gələ də!
İgid başı qovğadadır, iman əhli bəlada,
Şərlə xeyir əlbəyaxa: gecə-gündüz didişər,
Nə dünyamız bir usandı bu qovğadan, nə bəşər...


Ya Peyğəmbər! Bizi səndən qoparmağa qalxdılar,
Sənin uca bayrağını yandırdılar, yaxdılar.
Haqqın ulu kitabını süngülərə taxdılar,
O dəhşət də, o vəhşət də, dizə çıxan o qan da,
Bacarmadı unutdursun səni bir an cahanda.


Dağıdıldı Allah evi, xaçlıların xaçıyla,
Qucaqladıq Quranını udduğumuz acıyla.
Dağlar boyda müsibətlə, vulkan qədər sancıyla...
Yenə sənə arxalandıq, kərəminə sığındıq,
İşığınla, ümidinlə, təsəllinlə ovunduq.


Duzax üstdən duzax gəldi, sovuşduqca duzaxdan,
Qadağalar sərtləşdikcə sevgi doğdu yasaqdan!
Yapışaraq ətəyindən, əl üzmədik biz haqdan!
Nə dərinmiş mehrin sənin, ya Peyğəmbər, nə dərin!
Səni tutduq, səni andıq caynağında kədərin.
Sənə olan sevgimizdən əzab çəkdik bir belə!
Qarşımızda min-min “yezid”, hər yan dəşti-Kərbəla.


Bəla ki, var: udmaq olar, bəla olsa bir bəla;
Salxım-salxım müsibətə bizi düçar etdilər,
Harda iman gördülərsə, çeynədilər, diddilər...
Göyərməyə suya həsrət, Günə həsrət bir dəndik,
Ya Peyğəmbər, açılmağa sənə möhtac mədəndik.
Bilirik ki: hansı dindən, hansı ruhdan, nədəndik:


Yetmiş ildə o səbəbdən qurumadıq, doğrusu,
Uca ruhun bəxş elədi bizə həyat, bizə su!
Sənə sevgi izharıdır verdiyimiz şəhidlər!
Bayrağını uca tutdu alp-ərənlər, igidlər!
Şəhid qanı-könüllərdə möhürlənmiş tövhidlər!
Hümmətinə örnək olsun şəhid qanım, ya Rəsul!
Haqqa elçim, haqq divanım, haqq Sultanım, ya Rəsul!


Arsız dünya düzən tapar: əxlaqından barınsa!
Sərçeşmələr bərraq olar-nəfəsinlə arınsa!
Nəsihətin gözlənilsə, yol-ərkanın qorunsa,
Sənin Quran əxlaqınla, ya Həzrəti-Məhəmməd,
Qalib gələr ağıl-zəka, qalib gələr həqiqət
Bu cahanda tapdığımız xeyir səndən, şər bizdən,
Təmizlərsən buludları kirləndikcə hər bizdən!
Bir dünya nur göndərirsən - çəkildikcə nur bizdən!
Sənin üzün hörmətinə o Günəş ki, göydə var!
Avazının timsalıdır o nəva ki, neydə var!


Sən ki, səndən əzəl vardın, yenə varsan, ya Rəsul!
Qurtar üzün hörmətinə, bizə yarsan, ya Rəsul!
Biz günahkar fanilərə havadarsan, ya Rəsul!
Sən əbədi köməkdarsan! Həqiqət bu, söz budur!
Kərəm eylə, bu təklənmiş hümmətinə arxa dur!


Bu kainat kitabında bir ayəti-kübra sən!
Təlatümkən sığınmısan təhəmmülə, səbrə sən!
Ölümünlə şərəf verdin ölümə sən, qəbrə sən!
Ölmək sənə qovuşmaqdır; bu vüslətdə müjdə var!
Bu vəhdətdə şükran borcu milyon-milyon səcdə var!
Ta həşrəcən sürüb gedər, sənin dinin zirvədə!
Möminlərin ürəyində saf duyğusan hər vədə!
Biz səninlə üz tutarıq barışa da, hərbə də!
Nə qədər ki, kainat var: gülzarına yox zaval!
Ya Məhəmməd! Şəmsül-Xuda! Ya Həbibi-Zülcəlal!


  • Mübarək üç aylar
  • Nizami Gəncəvinin qələmindən Allah - 1
  • RAMAZANI NECƏ BAŞA DÜŞƏK
  • İnsan hesab verəcəkmi?
  • Allah-Təalaya yaxınlaşma fürsəti
  • Hər ləkəni yuyan iksir
  • Həyatın əsl mənası
  • Mühəndislik perspektivindən qiyamət
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Vətən
  • Ramazanda hədəfimiz
  • Abdulla Şaiq
  • Ətraf mühitin təmizliyi
  • Qənaət
  • BİR AĞAC KƏSSƏK NƏ OLAR?
  •  (Səslər #: 9)

     
    Baxılıb: 2913 Müəllif: Admin 27 İyun 2009 Şərhlər (2)

     

    1 Müəllif: ieqwester (20 Avqust 2009 20:41)
     
    Пасиб, конечно, за информацию...
    Но некоторые моменты мне все равно не понятны.
    Может задать вопросы лично или будет продолжение темы??
     

     

    2 Müəllif: Admin (30 Avqust 2009 00:12)
     
    ieqwester,
    Istediyiniz suali info@akademiya.net adresine gondere bilersiniz bildiyimiz suallarin cavablarini sayt vasitesi ile sizlere catdirmaga calisacayiq. Diqqetinize gore tesekkur edirik.
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Vətən
    » Rəsulullah (s.ə.s.) oruc haqqında
    » Dəniz cərəyanları
    » Müqayisə
    » Ürək möcüzəsi
    » Öyrənmənin 7 prinsipi
    » Dünyanın ən böyük çiçəy ...
    » Qara dəliklər
    » Ölmək dirilməkdir
    » Vücudumuzda nə qədər qan var?
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters