|
Qiyamət insanlığın və dünyanın sonudur. Bu son, önəmli olduğuna görə Qurani Kərimdə təfərrüatlı danışılır. Bir çox surədə insanlıq bu dəhşətli sona qarşı şiddətlə xəbərdar edilir. Allahın (cc) qüdrət və əzəmətinin təcəlli edəcəyi bu gündə, bütün insanlar öləcək və dərhal sonra dirildilərək hesaba çəkiləcək. Ayətlərdən anlaşıldığına görə insanlığın və dünyanın sonunu xəbər verən Qiyamət hadisələri böyük bir ehtimalla əvvəlcə fizika qanunları çərçivəsində cərəyan edəcək, daha sonra isə bütün insanların dirildilməsi ilə başlayan mərhələdə məlum olan kainat qanunlarının etibarlılığının olmadığı bir dövr başlayacaq. Fizika qanunlarının etibarlı olduğu ilk mərhələ ilə əlaqəli bəzi ayət və hədislər elmi prinsiplər çərçivəsində şərh edilə bilər. Bu ayət və hədislər bu günə qədər bir çox təfsirçi tərəfindən şərh edilmiş və müxtəlif görüşlər meydana çıxmışdır. Bu günün yığılmış məlumatları ilə edilən şərhlər isə əvvəlkilərə yeni zənginliklər qata bilər. Bütün şərhlər insanların məhdud elm və anlayışı ilə edildiyinə görə, yanılmaların da ola biləcəyi unudulmamalıdır. Bu həqiqəti nəzərə alan alimlər şərhlərinin sonuna “Ən doğrusunu ancaq mütləq elm sahibi Allah (cc) bilir” yazısını da qeyd etmişlər.
Zəlzələ surəsindəki ayətlər qiyamət səhnələrini cəlbedici şəkildə anlatmaqdadır: “Yer o müdhiş zəlzələsi ilə sarsıldığı zaman... Və yer bağrındakı ağırlıqları çıxardığı zaman...” (Zilzal, 1-2). Burada bəhs edilən müdhiş zəlzələ bəzi vulkanik fəaliyyətlərdən qaynaqlana biləcəyi kimi, başqa bir göy cismi ilə toqquşma nəticəsində də meydana gələ bilər. Son dövrün alimlərindən biri bu zəlzələni, Yer kürəsinin başqa bir göy cismi ilə toqquşması kimi yozmuşdur. Yerin ağırlıqlarını çıxarmasından bəhs edilən ikinci ayət, əvvəlki təfsirlərdə vulkanik fəaliyyətlərdən və şiddətli sarsıntılardan ötrü yeraltındakı maqma, mədən və digər ağır kütlələrin yerin səthinə çıxması, ölülərin qəbirlərindən çıxardılması şəklində şərh edilmişdir. Dinamika elminə görə, kütləsi olan və yer kürəsi tərəfindən cəzb edilən hər cismin bir ağırlığı var. O halda ağırlıq sözü ilə nəzərdə tutulan yer üzündəki bütün cisimlər ola bilər. Bu cisimlərin yer üzündən yuxarıya doğru atılması ola bilər. Qiyamətin başlanğıcında yerin cazibə qüvvəsinin ləğv edilmədiyi fərz edilərsə, belə bir yuxarıya atma mümkündürmü?
Toqquşma ssenarisini sxematik olaraq düşünsək, dünyaya m kütləli bir göy cismi dünyanın fırlanma oxu ilə d qədər dik uzaqlıqda bir doğru boyunca v sürəti ilə yaxınlaşar və dəyər. Bucaq momentinin saxlanması prinsipinə görə toqquşmadan sonra, Dünyanın fırlanma istiqaməti və sürəti dəyişəcək. Bu istiqamətdə olan bir toqquşma saatın tərsi istiqamətində hərəkət edən dünyanın fırlanmasına saat istiqamətinə dəyişdirə bilər. Dünyanın fırlanma istiqamətini dəyişdirib bucaq sürətini çox artıra bilən bir toqquşma üçün m v d toqquşma yetəri qədər böyük olmalıdır. Dünyamız öz xəyali oxu ətrafında w=1 dövr/gün və ya 7,27x10-5 rad/s bucaq sürətinə malikdir ki, bu fırlanma sürəti çox aşağıdır və təsiri hiss edilmir. Şiddətli toqquşma nəticəsində bucaq sürəti artaraq cisimlər üzərində mərkəzdənqaçma qüvvəsinin meydana gəlməsinə səbəb ola bilər. Məsələn, ekvatorda bir insan və ona təsir edən zidd yönlü cazibə qüvvəsi və mərkəzdənqaçma qüvvəsi təsəvvür edin. Cazibə qüvvəsi mg ilə mərkəzdənqaçma qüvvəsi mw2R bir-birinə bərabər olarsa meydana gəlir. g=9,81m/s2 və yer kürəsinin radiusu R=6370000m ifadəyə yerləşdirilərsə bucaq sürəti w=1.24x10-3 rad/s olar. Bu sürət indiki sürətdən 17,06 qat daha çoxdur. Fırlanma oxuna yaxınlaşdıqca (şimala və cənuba doğru getdikcə) firlanma oxuna olan məsafə azalacağı üçün mərkəzdənqaçma qüvvəsi azalacaq və istiqaməti də dəyişdirdiyi üçün ağırlığı tamamilə yox olmayacaq. Təxminən 17 qat sürətdən yuxarı bir sürətlə fırlanan dünya üzərində ekvatora yaxın qisimlərdəki insanlar havaya uçacaq. Digər bölgələrdə nələr ola biləcəyini təxmin etmək üçün növbəti misala baxaq. Verilən bir q bucağı məqamında olan bir insana təsir edən ətalət qüvvəsi mw2 Rcosq olur. Bu qüvvənin yerə perpendikulyar birləşməsi mw2Rcos2q, yerə paralel birləşməsi isə mw2Rcosq sinq olur. Ekvatordan (q=0o) qütblərə (q=90o) tərəf getdikcə perpendikulyar birləşmə maksimum dəyərindən müntəzəm azalaraq qütblərdə sıfır olur (q en dairəsi dəyərini təmsil edir). Yerə paralel birləşmə isə ekvator və qütblərdə sıfırdır. Qütblərdən başlayaraq əvvəlcə artır, q=45o üçün maksimum dəyərinə çatır, sonra da azalaraq ekvatorda sıfırlanır. Buna görə də q=45o məqamı vacibdir. Əgər ekvatorda ağırlıq tamamən itərsə, q=45o məqamında (ABŞ-ın şimalı, Avropa, Qazaxıstan, Monqolustan, Argentina, Yeni Zelandiya və s.) insan yarım ağırlıqda olacaq və yenə yarım ağırlıqda paralel bir qüvvə ilə cəlb ediləcək. Bu vəziyyət insanın üzü üstə yerə yapışmasına səbəb ola bilər. Bu anlatılanları dəstəkləyən başqa ayət və hədislər də var.
Qaria surəsində “Qaria. Nədir o Qaria. Qarianı, o qapıları döyən və dəhşəti ilə qəlblərə vuran o qiyamət fəlakətini sən haradan biləcəksən ki? O gün insanlar uçan kəpənəklər kimi o tərəf bu tərəfə atılarlar. Dağlar atılmış rəngarəng yunlara çevrilərlər. Artıq kimin tərəzisi ağır olarsa, razı olacağı bir həyata başlayar. Kimin tərəzisi də yüngül gələrsə, onun sığınacağı haviyə olar. Onun nə olduğu bilirsənmi? Haviyə bir atəşdir, qızğın çox qızğın!”. Bu ayətlərdə kəpənəklər kimi uçan insanlardan bəhs edilir. Bu uçuş çox şiddətli toqquşma ilə olacağı kimi, toqquşmadan sonra fırlanma sürətinin artması ilə tullamadan da qaynaqlana bilər. Tərəzilərin ağır və ya yüngül gəlməsi ifadələri məcazi mənada olsa da maddi ağırlıqdakı azalmağa incə bir işarə var. Ekvatora yaxın bölgədə havaya qalxan insanlar tərəziləri yüngül gələnləri təmsil edir, toqquşmadan qaynaqlanan daş və meteor yağışı havanın sürtünməsi ilə alov topuna çevrilir, insanlar bu alovlara doğru uçan kəpənəklərə oxşadılır. Havaya uçmayan daha təhlükəsiz bölgədəki insanların tərəziləri ağır gəlib, uçanlarla müqayisədə daha az pis vəziyyətdədirlər. Oxşar bir işarə Zilzal surəsinin son ayələrində keçən “zərrə ağırlığınca xeyir” və “zərrə ağırlığınca şər” ifadələrində də mövcuddur. Çünki “zərrə miqdar xeyir” yerinə “zərrə ağırlığınca xeyir” ifadələri seçilmişdir. Dağların atılmış yunlara çevrilməsi həm toqquşmanın şiddəti, həm də bucaq sürətindəki artış ilə əlaqədar ola bilər. Həcc surəsinin ilk iki ayətində isə “Ey İnsanlar! Rəbbinizə qarşı gəlməkdən çəkinin. Həqiqətən qiyamət saatının zəlzələsi müdhiş bir hadisədir. Onu görəcəyiniz gün... Uşağını əmizdirən ana, dəhşətdən uşağını unudub tərk edər. Hamilə olan hər qadın uşağını düşürər. İnsanları sərxoş olmuş görərsən, halbuki həqiqətdə onlar sərxş deyil. Ancaq Allahın əzabi çox çətindir.” buyrulmaqdadır. Şiddətli toqquşma və xüsusilə bucaq sürətinin artması ilə insanlar sərxoş kimi yeriyir, ancaq onlar sərxoş deyil. Bu insanlar böyük ehtimalla ekvator və orta bölgə arasında və ya orta bölgə ilə qütblər arasındakı bölgədədirlər. (Ekvatordakıların uçduğunu və orta bölgədəkilərin üzü üztə yerə yapışdıqlarını fərz edirik). Hamilələrin qorxu və dəhşətdən uşaqlarını düşürməsi psixoloji bir uzah olmaqla yanaşı, bu mövzuya tamamilə fiziki bir izah da verilə bilər. Avtobus ani bir tormoz verdikdə və ya ani qaz verdikdə özümüzün önə və ya arxaya tərəf çəkildiyimizi hiss edirik. Bunun səbəbi ətalət qüvvəsidir və bu qüvvə, kütləmizlə sürətləndirmənin vurulmasına bərabərdir. Oxşar şəkildə şiddətli vurma və fırlanma təsiri ilə meydana gələcək ətalət qüvvələri qoynundakı uşağı saxlayan əzələ qüvvələrini məğlub edə bilər və düşməsinə səbəb ola bilər. Hamiləliyin irəli mərhələlərində təyyarə səyahətinin məsləhət görülməməsi bu cür ətalət qüvvələrinə görədir. Ayədə keçən “Allahın əzabi çox çətindir.” ifadəsi qiyamətin inanmayanlar üzərinə qopacağına işarədir. Bunu gücləndirən çox sayda hədis də var.
Nəbə surəsi 20-ci ayədə “Dağlar yeridilir, sərab olub gedər, hər tərəf dümdüz olar.” buyurulmaqdadır. Hər tərəfin dümdüz olması toqquşmanın şiddəti ilə birlikdə firlanma sürətinin artması ilə ola bilər. Təkvir surəsi 6-cı ayədə “Dənizlər atəşlənib qaynadıldığı zaman” ifadəsi keçməkdədir. Buna görə toqquşma istiqaməti dünyanın günəş ətrafında fırlanarkən süpürdüyü eliptik sahənin xaricindən içə doğru seçilmişdir ki, toqquşmadan sonra xətti moment saxlanmasından dünya günəşə yaxınlaşa bilsin. Qiyamət surəsi 7-11-ci ayələrdə, “Gözlər qamaşıb qaraldığı, Ayın işığının tamamilə söndüyü, Günəş ilə Ay yan-yana gətirildiyi zaman... O gün insan deyər: “Varmı qaçacaq məkan?” Xeyr, sığınacaq heç bir yer yoxdur.” buyurulmaqdadır. Bu ayələrdə toqquşmanın təsiri ilə Ayın yerin cazibəsindən qurtulub günəşə doğru irəliləməsi izah edilir. Günəşə doğru irəliləyən Ay artıq, Dünyaya işığını əks etdirmir, bir növ Ay tutulması baş verir. Şiddətli toqquşma və ardından sovrulma təsirlərindən ötrü artıq təhlükəsiz və sığınılacaq bir məkan qalmamışdır.
Tarıq surəsinin 11-13-cü ayələrində “And olsun o döngəli göyə (səmaya), o yarılıb çatlayan yerə, şübhəsiz Quran ayırd edən kəlamdır” ifadəsi keçir. Bəzi məallarda yağış dolu göyə (səmaya) mənası da verilir. Əgər “döngəli” mənası alınarsa, və səma atmosfer kimi qəbul edilərsə, bu, toqquşmadan sonra çox sürətlənən dünyanın viskoz təsirlərlə atmosferi də zamanla eyni sürətə çatdıraraq fırlatması kimi düşünülə bilər. Əgər yağış mənası alınarsa, bildiyimiz yağış ola biləcəyi kimi toqquşmanın təsiri ilə qopan daş parçalarına aid bir daş və meteor yağışı da nəzərə alınmış ola bilər. Səma kəlməsi ilə kainat nəzərdə tutulursa, döngəli səmanın digər mənası da kainatın Big-Bang ilə açılmasından sonra qiyamət günü yenidən əvvəlki halına çevrilib içinə qapanması ola bilər. Taha surəsi 105-107-ci ayələrdə “Bir də sənə o gün dağların vəziyyətini soruşarlar. De ki: Rəbbim onları darmadağın edəcək, xırdalayıb sovuracaq, yerlərini dümdüz, boş edəcək. Orada artıq nə eniş, nə yoxuş görə bilməyəcəksən” buyurulmaqdadır. Şiddətli toqquşma ilə xırdalanan dağlar, yüksək fırlanma sürəti ilə də bircinsli hala gətirilir, çuxur və təpə qalmır. İnşiqaq surəsinin ilk dörd ayəsində isə, “Göy yarıldığı zaman... Və həmişə etdiyi kimi Rəbbinin buyruğunu dinlədiyi zaman... Yer yayılıb dümdüz edildiyi, İçindəkiləri çölə atıb boşaltdığı, Və həmiş etdiyi kimi Rəbbinin buyruğunu dinlədiyi zaman...” deyilir. Buradakı ifadələrdə də şiddətli toqquşma və sürətli fırlanma ssenarisini dəstəkləyəcək izahlar mövcuddur.
Mövzu ilə əlaqəli səhih hədislərdə də qüvvətli dəlillər mövcuddur. Peyğəmbərimiz (sav) buyurur: “Günəş, batdığı yerdən çıxmadıqca qiyamət qopmaz. Qərbdən çıxdıqda, insanlar görər və hamısı iman edər. Ancaq daha əvvəl inanmamış və ya imanın sövqü ilə xeyir qazanmamış olan heç kimə bu iman fayda verməz.” Daha əvvəl də bildirdiyimiz kimi toqquşmanın təsiri ilə dünyanın fırlanma istiqaməti dəyişir və saat istiqamətində fırlanmağa başladığı üçün Günəş artıq qərbdən çıxır. Günəşin qərbdən çıxmasından sonra artıq imanın fayda verməməsi, bundan sonra həyatın çox qısa müddət davam edəcəyinə işarədir. Dünyanın fırlanma istiqamətini dəyişdirəcək şiddətdə belə bir toqquşma, dünyanı, həyatın davamı üçün əlverişsiz hala gətirəcəkdir. Günəşin qiyamət əlaməti kimi qərbdən çıxması açıq şəkildə Qurani Kərimdə keçməsə də buna dair işarə tapmaq olar. Həzrəti İbrahimin (əs) Nəmrud ilə müzakirəsi Bəqərə surəsi 258-ci ayədə belə ifadə edilir: “Allah hökmranlıq verdiyi üçün ərköyünləşərək, Rəbbi haqqında İbrahım ilə mübahisə edən insanın halına bir bax! İbrahim ona: “Mənim Rəbbim həyatı verən və həyatı alandır” dedikdə O: “Mən də yaşadar və öldürərəm.” dedi. Bundan sonra İbrahim: “Allah Günəşi şərqdən çıxarır, haydı sən də qərbdən çıxar baxaq” deyən kimi kafir dondu və qaldı.” Bu ayətdə Günəşin çıxış istiqamətini dəyişdirəcək dərəcədə böyük bir qüdrətin ancaq Rəbb ola biləcəyinə işarə edilir və qiyamətdə də Aləmlərin Rəbbi bunu edəcək, misal boş yerə verilməmişdir.
Dünyanın fırlanma sürətinin artmasına işarə edən səhih bir hədis belədir: “Zaman yaxınlaşmadıqca qiyamət qopmaz. Bu yaxınlaşma elə olur ki, bir il bir ay kimi, ay bir həftə kimi, həftə də bir gün kimi, gün saat kimi, saat da bir talaşa yanması qədər qısa olar”. Zamanın yaxınlaşması ifadəsi üçün əvvəlki şərhlərdə zamanın bərəkətinin azlığı, faydasının azalması, insanların qarşılaşdıqları müsibətlərə maraqları və qəlblərinin böyük fitnələrlə məşğuliyyəti kimi səbəblərlə gecə və gündüzlərinin necə keçdiyini idrak edə bilməmələri şəklində məcazi şərhlər edilsə də, bu şərhlərə ehtiyac olmadan zahiri məna fizika prinsipləri ilə asanlıqla izah edilə bilməkdədir. Bir günün 1 saata düşməsi demək dünyanın öz oxu ətrafında fırlanma sürətinin 24 dəfə çox olması deməkdir. Sürətin təxminən 17 qatı keçəcəyi təqdirdə ekvatorda olanların havaya sovrulacağını bildirmişdik. Bir ilin 1 aya düşməsi ilə nəzərdə tutulan isə Günəşə yaxınlaşan dünyanın Günəş ətrafındakı dövrünü daha qısa müddətdə tamamlaması ola bilər. Əbu Hureyrədən (ra) gələn bir hədis rəvayətində “Qiyamət günü insanlar üç sinif olaraq həşr olunurlar: piyadalar sinifi, minəklilər sinifi, üzü üstə sürünənlər sinifi”. Peyğəmbərdən (sav) soruşuldu: “Ey Allahın Rəsulu! Bunlar üzləri üstündə necə yeriyirlər?” Bu cavabı verdilər: “Onları ayaqları üzərində yeridən Allah, üzləri üstünə yeritməyə də qadirdir. Ancaq bilin ki, bu üzləri üstə yeriyənlər, önlərinə çıxan hər maneəyə, hər tikana qarşı özlərini üzləri ilə qorumağa çalışırlar.” Bu səhnələr fizika qanunlarının bitdiyi, gəlmiş keçmiş bütün insanların dirildiyi ana aid kimi görünməklə birlikdə, qiyamətin başlanğıc mərhələlərinə də işarə ola bilər. Əgər belədirsə, minəklilər havada uçan ekvator tərəfdəki insanları, üzü üstə sürünənlər Şimalı və Cənubi Yarımkürənin orta bölgələrini, piyadalar isə ekvatorlar orta bölgə arasında və ya orta bölgə ilə qütblər arasında qalan insanları təmsil edə bilər. Üzü üstə sürünənlər hədisin ifadəsi ilə məcburi şəkildə hərəkət etməkdədir. Mərkəzdənqaçma qüvvəsinin yerə paralel birləşməsinin ağırlığın yarısına çatdığı və insan ağırlığının yarı-yarıya azaldığı orta bölgələrdə belə bir vəziyyət ola bilər. Başqa bir hədisdə Allah Rəsulu (sav) buyurur: “Qiyamət günündə kök nəhəng bir adam gələcək. Ancaq Allah indində bir ağcaqanadın qanadı qədər ağırlığı olmayacaq.” Ağırlığının olmaması Allah qatında heç bir qiyməti olmaması şəklində şərh edilmişdir. Yuxarıdakı izahların işığında həqiqətən maddi ağırlığının olmaması da düşünülə bilər. Ən doğrusunu ancaq qiyamət gününün sahibi bilir.
Ayın isti olduğu, gecənin isə olmadığı z ...Həyatın əsl mənasıBal pətəyinin riyazi sirləriTənqid psixolgiyasıKİMLƏRİN BARMAQ İZİ YOXDURMarsın SirləriTurbulensElm və texnologiya üfüqləriÇox axtarılan qızılŞifrəmiz vücudumuzdurTÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİÖyrənmənin 7 prinsipiAllah-Təalaya yaxınlaşma fürsətiUlduzların sirləriAzərbaycan ordusu dünənimizin, bu günümüz ...
|
|