Dünyamızın ən maraqlı, diqqətçəkən hadisələrindən biri körpənin doğuşudursa, əhəmiyyətinə görə ondan heç də geri qalmayan ikinci hadisə də ölümdür. Uzun və keşməkeşli yol keçdikdən sonra ağlayaraq dünyaya gözlərini açan insan öz harayı ilə sanki bu dünyada başına gələcək bəlalardan, cəfalardan xəbər verir. Doğrudan da, bu dünyada daimi rahatlıq tapmaq mümkün deyildir; hərdən bir biz tərəflərə baş çəkən xoş hadisələr isə yay yağışı kimi yalnız ötəri sərinləməyimizə kömək olur.
İslamda evlilik həzz və ləzzət üçün deyil, ailənin təşəkkülü, millətin uzunömürlülüyü, fərdi duyğu və düşüncələrin dağınıqlıqdan qurtulması və cismani arzuları cilovlanması üçündür. Evlilikdə həzz və ləzzət isə insan təbiətinə yerləşdirilmiş və evliliyə təşviqedici faktordur.
Fiqh elmində (İslam hüququ) evliliyə ilk addım sayılan nişanlanma müstəqil mövzu kimi ələ alınmır. Lakin bu İslamda nişanlılıqla əlaqəli hökmlərin olmaması mənasına gəlməz.
Həyatın mənbəyi su, canlıların vücudlarında müxtəlif nisbətdə mövcuddur. Bu da suyu bütün canlıların fizioloji olaraq istifadə etməsi deməkdir. Buna su içində yaşayan canlılar da daxildir. Bu sualın cavabı "bəli"dir. Balıqlar su içərlər.
İnsanın bakteriya və göbələk kimi mikroblarla qarşılaşmadığı yeganə yerin ana rəhmi olduğunu bilirdinizmi? İnsan, dünyaya addımını atar atmaz, milyardlarla mikrobla qarşılaşır. Bəs körpə bu mikroblara qarşı necə bir qorunma mexanizmi ilə təchiz edilmışdır ki, acizliyinə baxmayaraq həyatını davam edtirə bilir? Körpəni qorumaq vəzifəsi ana və ataya verilsəydi, onlar necə bir qoruma mexanizmi qurardılar? Həyatı üçün təhlükə təşkil edən düşmənlərdən mühafizə sistemi ilə yanaşı yeni doğulan körpənin qidasının da, onun inkişafına uyğun tərkibdə olması şərtdir.