Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 2
Ümumi: 2

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Memar Əcəmi Naxçivani

 

 

 

 

 

 

alt

   XI və XII əsrlər - Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin bolluğu da adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbu-Bəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları...

Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi me'marı kimi şöhrət qazanmışdır.

Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox me'marlarının yaradıcılığına onun tə'sirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, me'marlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox me'marlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrarolunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."

Əcəmi öz ömrünü İraq Sultanlığında - Azərbaycan Atabəyləri dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük atabəy Şəms əd-Din İl-Dənizin dövründə yaranmış, onun oğlu Nüsrət əd-Din Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi.

Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi me'mar bunu qabaqcadan gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mö'münə xatunun məqbərəsi üzərində belə yazmışdı:

"Biz gedəriyik. Dünya qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə." -

Bəli, xatirə qaldı. Müsəlman şərqində yalnız bir neçə me'marlıq ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın me'marlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar. Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı rəvayətlərə görə, bu şəhərin əsası Nuh peyğəmbər tərəfindən qoyulub) orta əsrlərin dahi me'marı Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəmlikdə bunlardan heç də geri qalmayan arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, çox güman ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu. Bütün bu mə'lum və ehtimal olunan tikililərdən bizim dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu sətirləri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad tə'yinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər (savad) olduqca gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... İl-Dənizin mübarək zamanında (Naxçıvan) tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı (dar-əl-mülk) və hökumət binaları (dövlətxana) tikildi..."

O zamanın mənbələrinə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gəlib çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa Günbəzi adlanan Yusuf ibn Küseyr məqbərəsidir. Məqbərənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb: "Bu, şərəfli dinimizin məşhur rəisi, islamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şavval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)."Məqbərənin üzərində kufi xətti ilə Qur"andan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində me'marın adı həkk olunmuşdur: "Əcəmi ibn Əbubəkr Naxçıvani."

Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mö'minə xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Mö'minə xatun Atabəy Şəms əd-Din İl-Dənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. 0,1175-ci ildə dünyasını dəyişir. Bundan az sonra İl-Dəniz özü də rəhmətə gedir və yalnız 1186-ci ildə başa çatmış məqbərənin tikintisini onların oğlu Cahan Pəhləvan davam etdirir. Bu məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan- bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qur"andan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və məqbərənin bəzəyi sayılır. Hündürlüyünə və monumentallığına baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldıldığından xəbər verir.

Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleks də qadın - Mümtaz Mahalın ( 1648-ci il) şərəfinə, həm də Cahan adlı türk hakimi tərəfindən ucaldılmışdır. Mö'minə xatun məqbərəsi haqqında akademik V. M. Alpatovun "Ümumi incəsənət tarixi" külliyyatında deyilənlərə nəsə əlavə eləmək çox çətindir. O yazır: "Bu cür inkişaf tapmış forma hissiyyatı, bu cür klassik kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir. Klassik şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdövsinin (X-X1 əsrlər) "Şahnamə", Nizaminin (XII əsr) "Leyli və Məcnun" kimi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir."

İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin altında olur, yerüstü hissəsi isə bə'zən hətta 30 metrə qədər yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi.

Böyük me'mar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla gerçəkləşdirə bilmişdi.

Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir me'marlıq abidəsinin qoşa minarəli piştağıdır. həmin abidə XIX əsrdə dağıdılmış, onun şəkilləri və təsviri isə qalmışdır. Abidə dağıdılmamışdan onun üzərindəki "Me'mar Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsəridir" sözləri aydın oxunurdu.

Piştağ 1187-ci ildə, Mö'minə xatun məqbərəsindən bir il sonra tikilmişdir. Mütəxəssislər təsdiq edirlər ki,qoşa minarəli portal kompozisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu kompozisiyaya tez-tez rast gəlinir.

Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir Cümə məscidi də daxil idi. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V. Engelqart "Qafqaz" qəzetində bu məscid haqda yazırdı: "Bu - yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri hissəsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir." Tamamilə mümkündür ki, həmin- boş qalmış yerdə adətən belə komilekslərə daxil olan mədrəsələr və ya karvansaralar da tikilibmiş. Üstəlik Bretanitskinin yazdıqına görə, atabəyin Naxçıvanda Mö'minə xatun vəqfinə daxil olan bir mədrəsə tikdirdiyi qeyd edilmiş yarlıq da mövcuddur.

Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalıqı ilə bərabər, cəmiyyətdə tutduqu mövqe də artır. Bunu mə'lum abidələrdə onun adının yazılış forması da aydın köstərir. Yusif ibn Küseyrin məqbərəsində bu yazı o qədər namünasib şə-kildədir ki, ilk tədqiqatçılar hətta bunu körə də bilməmişlər. Üstündən 20 il keçdikdən sonra Mö'minə xatun məqbərəsində isə həmin yazı girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir.

Əcəminin yaradıcılıqı uzun əsrlər boyunca Azərbaycanın və dikər ölkələ-rin bir çox me'marları üçün ilham və təqlid mənbəyi olmuşdur. hətta Əcəmidən 300 il sonra yaşamış Türkiyə me'marı Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın tə'sirini qeyd edirlər. Qoy çaqdaş me'marlar da Əcəminin devizini yaddan çıxarmasınlar: "Biz öləcəyik, bu əsərlərsə xatirə kimi qalacaq."

 

Mənbə: memoarial.aznet.org


  • İSKƏNDƏR MÜNŞİ
  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Sümüklərdən ilhamla yeni dizaynlar
  • Orxan adı haradan gəlir
  • Coğrafiya tarixi - 2
  • Marsın Sirləri
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Bekkerelin Sələfi
  • Mahmud Zəncani
  • Dəniz cərəyanları
  • Bal pətəyinin riyazi sirləri
  • Həyatın əsl mənası
  • Ulduzların sirləri
  •  (Səslər #: 4)

     
    Baxılıb: 3172 Müəllif: Admin 20 İyun 2009 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Tunis
    » Elm və texnologiya üfüqləri
    » RAMAZANDA QİDALANMAYA FİKİR VERİN
    » Gözlənilən xilaskar
    » Qarla gələn gözəllik
    » Vücudumuzda nə qədər qan var?
    » “Allah” sözündəki möcüzə
    » Ulduzların sürüşməsi
    » Dinimiz və adət-ənənəmizdə ni# ...
    » TBMM-DƏ ƏHMƏD CAVAD
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters