Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
Noyabr 2009 (3)
Oktyabr 2009 (2)
Sentyabr 2009 (11)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Hazırcavablar
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
MSN

Qonaqlar: 1
Ümumi: 2

Son 20 Online Üzv :
Admin Apelsinovka
Budaq chekistValera
Chk512 Doktorlar
emosiya ErikAF
fapovandrei hotsouthwind
kjd74hdx koroloike
lozhckinevgeny Mehintac1
rasiko rjjfj56c
russell2008 Streetmakarov
VityAka Zonguros

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Gözlənilən xilaskar

 

 

 

 

 

 

alt

Yeni insan hər cür xarici təsirlərdən uzaq olacaq, özü öz ayaqları üzərində dayanacaq.

Bəşəriyyət tarixinin 18-ci əsri özündən, öz mənliyindən və öz mədəniyyətindən uzaqlaşanların, 19-cu əsr müxtəlif ideologiyaların arxasınca düşüb fərqli xəyallar quranların, keçmişinə xor baxanların, 20-ci əsr tamamilə əcnəbiləşənlərin, öz mənəvi sərvətlərini inkar edənlərin, bütün ümidlərini xaricə bağlayanların, rəhbərlərini və qurtarıcılarını başqa ölkələrdə axtaranların çağı olub. 21-ci əsr isə ötən çağların əksinə olaraq öz mənliyinə, kökünə, mənəvi zənginliyinə, mədəniyyətinə bağlı olanların və Haqqa inananların, güvənənlərin dövrü olacaq. Bu baxımdan yeni dövrü intibah əsri adlandıra bilərik.
Bəli, öz nəfsini mühakimə etməyənlərin, əcnəbi fantaziyalar quranların, yabançı ideologiyaların əsiri olanların arasında düşünən, mühakimə edən, ağıl qədər təcrübəyə, təcrübə qədər ağıla, hər ikisi qədər də ilhama və vicdana inanan, güvənən yeni insanlar dünyaya gələcək. Bu insanlar mükəmməli axtaracaq, həm dünya, həm də axirət üçün müvazinəli şəkildə çalışacaq, məntiqi və qəlbi eyni teldən çalacaq.
Təbii ki, bu insanların doğulması asan və rahat olmayacaq. Hər doğum kimi bu da sancılı və sıxıntılı, ancaq nəticəsi etibarilə sevincli olacaq. Bütün maneələrə baxmayaraq, bu yeni nəsil mütləq gələcək, ayüzlü Xızır kimi aramızda var olacaq. Sıxışmış və üst-üstə minmiş buludların arasından süzülüb gələn rəhmət kimi, yerin dərinliklərindən suyun fışqırıb çıxdığı kimi, əriyən qar-buzun arasından boylanan qar çiçəkləri kimi bu insanlar da ya bu gün, ya da sabah mütləq gələcəklər...
Yeni insan hər cür xarici təsirlərdən uzaq olacaq, özü öz ayaqları üzərində dayanacaq. O, əsl şəxsiyyətdir: kimsəyə əyilməyən, əqidəsindən dönməyən, Haqqın yanında olan, ədalətsizliyə qarşı mübarizə aparan, insanları, hətta yaradılan bütün canlı-cansız varlıqları onları Yaradandan ötrü sevən şəxsiyyət... Yəni o, bütün varlığa qarşı sevgiylə doludur, xüsusilə də insana, insani dəyərlərə qarşı olduqca həssasdır. O, bütün varlığıyla şəfqətlidir.
Qərbin “müasir standartları”, zahirən cəlbedici, ancaq bayağı olan mədəniyyəti onlar üçün maraqlı və çəkici deyil. Əksinə, onlar əllərindən gəldikcə bu gözaldadan “gözəlliklərdən” uzaqlaşırlar. Yeni insanın istiqamətini heç bir mənəviyyata zidd ideologiya dəyişdirə bilməz.
Yeni insanın düşüncəsi və iradəsi azaddır, o, sərbəstdir. Onun azadlığını məhdudlaşdıran nə puldur, nə mülkdür, nə də kimdənsə asılılıq. O, yalnız və yalnız Haqqa kölədir. Ona görə də o, Haqq yolunda olmağı, Haqq yolunda yaşamağı, Haqq yolunda ölməyi həyatının qayəsinə çevirəcək.
O, həm də müasiri olduğu çağın bütün texnoloji imkanlarından faydalanmağı biləcək. O, dünyagörüşü etibarilə çox zəngin və hərtərəflidir. O, doymaq bilməyən elm aşiqidir...
Yeni insan indi ya yoldadır, yaxud da qapımızın astanasında. Bəlkə də, o, indi aramızdadır.

             Siz necə düşünürsünüz?


  • Öyrənmənin 7 prinsipi
  • Allah-Təalaya yaxınlaşma fürsəti
  • Hər ləkəni yuyan iksir
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Tailand
  • Mühəndislik perspektivindən qiyamət
  • Tənqid psixolgiyası
  • Həyatın əsl mənası
  • Çox axtarılan qızıl
  • Dəniz cərəyanları
  • Suya da göz dəyərmiş?!
  • Mübarək üç aylar
  • Şifrəmiz vücudumuzdur
  • Bal pətəyinin riyazi sirləri
  • Körpəni qoruyan kimdir?
  •  (Səslər #: 2)

     
    Baxılıb: 1196 Müəllif: Admin 20 İyun 2009 Şərhlər (7)

     

    1 Müəllif: AmiR (26 İyun 2009 15:07)
     
    men onu dushunurem ki,o INSANlar gelecek
    ve inanin ki,yoldadilar...
     

     

    2 Müəllif: derefredwere (29 İyul 2009 04:17)
     
    Тема актульнная...


    Хочу продолжения ! ;)
     

     

    3 Müəllif: regamanfreework (10 Avqust 2009 04:30)
     
    Вот так новость, я в шоке!




     

     

    4 Müəllif: regamanfreework (2 Sentyabr 2009 21:21)
     
    Любопытная статья, да и сам сайт я смотрю очень даже не плох.
    Попал сюда по поиску из Яндекса, занес в закладки :)
     

     

    5 Müəllif: freemorefreew (9 Sentyabr 2009 17:19)
     
    Спасибо! Лучше маленький доллар, чем большое спасибо. :)





     

     

    6 Müəllif: ayin teni (10 Sentyabr 2009 22:10)
     
    DEMELI O INSAN BIRINCI OLUB HAMINI GEDIRE QOYMAYACAQ ? O BIR INCI AYDINLANIB. HER KESI ETRAFINA YIGIB AYDINLATACAQ
     

     

    7 Müəllif: ilqar kamil (11 Yanvar 2010 14:56)
     
    salam.
    muqeddes dinimizin fikrince o insan choxdan bizim aramizdadir. Amma o hele tek olduqundan ve bashqa insanlarin hele ki onu anlaya bilmediyinden Allah ona ozunu ashkar etmek icazesini vermir.
    Zaman kechdikce butun insanlarda onun gelishine ehtiyac hissi duyulduqda Allah ona icaze verecek ve O gelib gunu-gunden felakete suruklenen dunyamizi bu uchurumdan xilas edecek.
    O, Mehdi (ac) - dir.
    Peyqamber (s) Onun baresinde chox soz achmish ve onun bir zaman gelmesinden ve zuhur nishanelerinden etrafli sohbet etmishdir.
    Bunu da qeyd etmeliyem ki, Onun zuhuru meselesi mistik bir anlayish deyildir. Buna hazirliq olmali ve insanlar bu boyuk inqilab uchun yavash-yavash formalashmalidirlar.
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
    Saytımızı bəyənirsinizmi?

    Yox
    Zaman göstərəcək


     
    Ordan-Burdan
    » Dərdlərə dava çörəkotu
    » Elm və texnologiya üfüqləri
    » Allah-Təalaya yaxınlaşma fürsəti
    » Ulduzların sirləri
    » LCD texnologiya
    » Həyatda çirkin bir şey varmı?
    » Müqayisə
    » Abdulla Şaiq
    » “Allah” sözündəki möcüzə
    » Siqaret bəlasından qurtulmaq üçün g ...
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 76
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 79


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:51
      Total:525
      Banned:0

    Yeni Üzvlərimiz:
    Streetmakarov
    Budaq
    Zonguros
    hotsouthwind
    Doktorlar
    emosiya
    chekistValera
    Mehintac1
    rjjfj56c
    kjd74hdx