* Böyük bir sahəni daha kiçik hissələrə ən qənaətli formada bölməyi arılar haradan öyrəndi? * Altıbucaqlının, bərabər üçbucaqlı və kvadrata nəzərən xeyirli cəhətləri... * Altıbucaq bir prizma formasındakı pətəyin açıq ucunu bağlamaq üçün istifadə ediləcək bal mumunun israf edilməməsi üçün necə bir həndəsə tətbiq edilməlidir? * Arıların böyük qənaət prinsipi, həndəsi biliyi və memarlıq mövzusunda göstərdikləri heyrətamiz davranışlarının qaynağını “instink” kəlməsi ilə izah etmək olarmı?
Bal pətəyinin qəribə memarlığı tarix boyunca insanların marağına səbəb olmuşdur. Yan-yana altıbucaqlılardan təşkil olunan bu quruluş, son dərəcə dəqiq olub ortalama divar qalınlıqları 0.1 mm-dir. Bu ortalama dəyərdən azma isə, ən çox 0.002 mm-ə qədərdir. Pətəklərin inşasında riayət olunan həndəsə qaydalarının nə dərəcə ideal olduğunu anlaya bilmək üçün riyazi bir baxışa malik olmaq lazımdır.
Hər şeyi tənqid edən bir nəfər bir rəsmi də tənqid edirmiş. Yanındakı: “Sən heç bu qədər gözəl bir əsər meydana gətirdinmi?” soruşduqda, “Dostum, mən yumurtlamağı bilmirəm, amma bir yumurtanın sağlam yoxsa çürük olduğunu yaxşı bilirəm” - deyə cavab verir.
Kiminsə tənqid etdiyinin və ya kiminsə tənqid edildiyinin tez-tez şahidi oluruq. Görəsən insanlar niyə tənqid edir? Tənqid etməyin arxasındakı psixologiya nədir? Tənqidin faydalari varmı? Müsbət tənqid necə edilir? Tənqidin insan psixologiyasına təsirləri nələrdir?
Dövrümüzdə, təhsil müəssisələrinin bir çoxunda hakim olan köhnəlmiş tədris anlayışına görə, məlumatlar insanların beynində yığılıb saxlanıla bilər. Öyrənmək; məlumatların öyrənənin zehninə köçürülməsi prosesi kimi, öyrətmək isə; bu köçürməni təsirli şəklə gətirmək kimi qəbul edilməkdədir. Öyrənmə mövzusunda tədqiqatlar aparan İRL adlı bir institut yeni bir nəzəriyyə ilə çıxış edərək, öyrənmənin qarşılıqlı olaraq dünyanı anlamaqdan ibarət olduğunu və zəkanın da təcrübədən ayrıla bilməyəcəyini bildirdi. Bu institut öyrənmə haqqında 7 prinsip müəyyənləşdirdi.
Turbulens, indiyə qədər üstündə ən çox nəzəriyyə söylənilən mövzulardan biridir. Evklid fəzasında, bilə bildiyimiz heç bir qanuna tam uyğun olmayan bir hərəkət növü olan turbulens haqqında bir çox fizika və riyaziyyat alimi araşdırmalar aparsa da, mövzu tamamilə aydınlaşdırılmamışdır. Kvant fizikası alimlərindən Uerner Heysenberq belə, nisbilik və turbulensin nə üçün olduğunu ömrü boyu axtarmış, hətta ölümünə yaxın dövrdə də bununla məşğul olmuşdur.
Mendeleyevin dövri cədvəlində olan kimyəvi elementlərin əsas hissəsi 19-cu və 20-ci əsrlərdə kəşf olunmuşdur. Bu onunla izah olunur ki, elementlərin əksəriyyətinə çox nadirən təbii hallarda rast gəlinir. Onları aşkar etmək üçün (və ya almaq üçün) texnikanın lazımi səviyyədə inkişafı əhəmiyyətlidir. Hər elementin öz kəşf tarixi var. Ən maraqlı kəşf tarixi olan elemetlərdən biri də heliumdur. Belə ki, 1930-cu illərə kimi alimlər kainatda yerdə olmayan elementlərin ola biləcəyi fikrini hələ tamamilə mənimsəməmişdilər. Əgər bu nəzəriyyənin doğruluğu isbat olunsaydı, müasir elmin əsas prinsiplərindən biri haqqında şübhə oyanmış olardı. Elmdə əsas qəbul olunan Kopernik qanununa əsasən keçmişdə mövcud olan bütün təbiət qanunları, indiki zamanda da kainatın hər nöqtəsində qüvvədə olur.