Xaliqi-Rahim, varlıqlardan insan növünə verdiyi nemətlər qarşılığında şükür istəyir. Qurani-Kərim “İbrahim” surəsinin yeddinci ayəsində “Əgər şükr etsəniz, Mən nemətlərimi daha da artıraram” buyuraraq önümüzə əzəmətli bir düstur qoyur. Bu ayəni “Əgər verilən neməti artırmaq istəyirsinizsə, şükr edin” şəklində də başa düşə bilərik. Yəni qısacası nemətin çoxalmasını istəyənlərə qısa və fəzilətli bir yol göstərir. Səhv başa düşülməsin, söhbət aktiv şükürdən, hərəkətdən, feldən gedir, passiv şükürdən yox.
Ən dəyərli təbii ehtiyatlar arasında olan torpaqlara, bitkilər üçün lazımi su və qidaları qum, toz və gil vasitəsilə saxlamaq vəzifəsi verilmişdir. Ancaq gil; su və qidaları saxlama qabiliyyəti baxımından qum və toza görə daha üstündür. Qayalar; su, külək və temperatur təsiri ilə parçalanaraq qum və toz ölçüsünə qədər xırdalanır. Bu vaxt fiziki dağılma ilə yanaşı kimyəvi ayırma da baş verir və 0,002 mm diametrinə qədər xırdalanma davam edir. Bu ayırma və yenidən birləşmə hadisələri ilə gil mineralları meydana gəlir.
Fiziki elmlərin məqsədi maddi dünyanı tanımaqdır. Fizikanın 20-ci əsrdə əldə etdiyi nailiyyət də, bu məqsədin əlçatmaz olduğunu göstərməkdədir. Saf bilgi yoxdur. Var olduğunu zənn edənlər yanılırlar. Bütün bilgilər qüsurludur. Kvant fizikası da bunu izah edir. Elektromaqnetik bilgiləri bir nəzərdən keçirək. Sualımız belə olsun. Dünyadakı ən yaxşı cihazla baxdığımız təfsilat, nə qədər xırda və nə qədər dəqiqdir?