Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
Noyabr 2009 (3)
Oktyabr 2009 (2)
Sentyabr 2009 (11)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Nizami Gəncəvinin qələmindən A ...
Müəllif:
Mövzu: Hazırcavablar
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Yandex

Qonaqlar: 1
Ümumi: 2

Son 20 Online Üzv :
Admin Apelsinovka
Budaq chekistValera
Chk512 Doktorlar
emosiya ErikAF
fapovandrei hotsouthwind
kjd74hdx koroloike
lozhckinevgeny Mehintac1
rasiko rjjfj56c
russell2008 Streetmakarov
VityAka Zonguros

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Coğrafiya tarixi - 2

 

 

 

 

 

 

alt

Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri  həcmdə material toplamağa imkan verir.

Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə  səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr» qalmamışdır. İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və Dünya okeanının mənimsənilməsi üçün həyatı əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində birinci növbədə təbiətin müxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların müəyyən  tarixi biliklərini, təsərrüfatın əlaqələnməsi  formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi olmadan coğrafiya göstərilən mürəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.

Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar yaxınlaşır, lakin onunla tam birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox metodoloji elmə çevrilir. Zamanın  tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin bununla yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.

Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük Coğrafi kəşflər – XV-XVII əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi. Sonralar o arxa plana keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman gəlib ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına şərait yaradıb. Dünya okeanının, atmosferin, biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən öyrənilməsi və s. belə  tələbatlardandır.

Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. Bir elm kimi coğrafiya tarixi daha mürəkkəbdir, o elmlərin bütöv inkişafından, kadrların hazırlıq səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.

Tarixi faktları və hadisələri özündə əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri aşağıdakılardan ibarətdir:

- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi ardıcıllığını göstərmək,

- coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı əlaqələrin inkişafının tarixi mərhələlərini göstərmək;

- müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini göstərmək və bu sahədə mövcud olan böyük problemləri qeyd etmək.

Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və gələcəyi üçün böyük fayda verə bilər. Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi müəyyən onilliklərdə  gah qalxır və gah da enir. Bu tarixi bilgiləri  nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun əhalisinə milyard manatlarla ziyan vurur.

Hələ lap qədimlərdən Çində məhsuldar qüvvələrin və bütövlükdə elmin inkişafı kompasın  ixtirasına səbəb oldu, bu ixtira isə öz növbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə güclü təkan verdi.

Coğrafiya tarixi bu elmin keçdiyi yolu dövrlərə bölməyi tələb edir. Coğrafiya tarixi aşağıdakı dövrlərə ayrılır:

1. Qədim dünya coğrafiyası V əsrə  qədərki dövrü əhatə edir. Bu dövrdə inkişaf edən Aralıq dənizi mədəniyyəti antik coğrafi kəşflərə güclü təkan verir, geniş ərazilərin coğrafi xəritələri tərtib olunur. Qədim xalqların ilkin coğrafi təsəvvürləri və səyahətləri haqqında məlumat verilir. Antik coğrafiyaşünaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində yeri müəyyənləşdirilir.

2. Orta əsr coğrafiya tarixinin (V-XV) ümumi icmalı, xristian dünyasında təbiətə dair mütərəqqi və mürtəce baxışların mübarizəsi, Ərəb coğrafiyası və kartoqrafiyası, İbn-Bətuti, Marko Polo və b. səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən türk xalqları və onun Əl-Xarəzmi, Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya, xəritəşünaslıq və s. aid bilikləri ayrıca bölmə şəklində verilir.

3. Yeni dövrün coğrafiyası (XV-XIX əsrlər) Böyük Coğrafi kəşflər kapitalist manufakturasının inkişafı (XYI əsrin ortalarından XYII  əsrin ortalarına qədər) və yeni dövrün (XYII əsrin ortaları və XYIII və XIX əsrlərədək) tarixini əhatə edir. Bu dövr  coğrafiya tarixinin qızıl dövrü adlanır.

4. Müasir dövrün coğrafiya tarixi Arktika və Antarktidanın, Dünya okeanının və kosmosdan Yerin öyrənilməsini, müxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf mühitin mühafizəsi və bərpasını, Azərbaycanda coğrafiya elminin  inkişafını və s. əhatə edir.

 

Mənbə:

- "Coğrafiya tarixi", Tapdıq Həsənov, Əbdürrəhim Hacızadə, Bakı, 2001


  • Coğrafiya tarixi
  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • İSKƏNDƏR MÜNŞİ
  • Heliumun kəşfi
  • Yaponların kağız əfsanəsi: oriqami
  • Bekkerelin Sələfi
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Orxan adı haradan gəlir
  • Memar Əcəmi Naxçivani
  • Tunis
  • Qara dəliklər
  • Vətən
  • Öyrənmənin 7 prinsipi
  •  (Səslər #: 15)

     
    Baxılıb: 2295 Müəllif: hazin 14 İyun 2009 Şərhlər (1)

     

    1 Müəllif: raya (3 Dekabr 2009 16:47)
     
    cox maraqlidir.bele maraqli melumatlardan coooox yazin.tesekkurler.
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
    Saytımızı bəyənirsinizmi?

    Yox
    Zaman göstərəcək


     
    Ordan-Burdan
    » Memar Əcəmi Naxçivani
    » Balıqlar su içirmi?
    » Sümüklərdən ilhamla yeni dizaynlar
    » Hər ləkəni yuyan iksir
    » Müqayisə
    » Körpəni qoruyan kimdir?
    » Hazırcavablar
    » Həyatın əsl mənası
    » Azərbaycan ordusu dünənimizin, bu günü ...
    » Güldürən düşündürən ins ...
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 76
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 79


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:51
      Total:525
      Banned:0

    Yeni Üzvlərimiz:
    Streetmakarov
    Budaq
    Zonguros
    hotsouthwind
    Doktorlar
    emosiya
    chekistValera
    Mehintac1
    rjjfj56c
    kjd74hdx