Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Googlebot

Qonaqlar: 4
Ümumi: 5

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Ayın isti olduğu, gecənin isə olmadığı zamanlar.

 

 

 

 

 

 

altGünəş sistemi sadəcə “bir ulduz, doqquz planet, planetin peykləri, asteroid və quyruqlu ulduzlar”dan ibarətdir formasında bir tərif desək də, bu, cisimlərin orbitləri ilə əlaqədardır. Ölçülər mövzusunda isə qarşımıza daha qəribə bir portret çıxır. Planetləri böyüklüklərinə görə iki qrupa bölmək olar: Yupiter, Saturn, Uran və Neptunun tərkibində olduğu ilk qrupdakı planetlər, tərkibində Yer kürəsinin də olduğu digər qrupdakı planetlərdən yüz dəfələrlə daha böyük soyuq qaz toplarıdır. Bunlarda bizim başa düşdüyümüz mənada sərt bir səthdən, çox miqdarda metallik elementdən, daşdan və torpaqdan bəhs etmək olmaz. Bizim qrupda isə Yer digərlərinə görə ən böyük planetdir. Ayın radiusu və çevrəsi Yerin radius və çevrəsindən yalnız dörd dəfə kiçikdir və qrupdakı bütün planetlərdən (Merkuri, Venera, Mars və Pluton) daha böyükdür. Əgər bir addımımız Yerin radiusuna bərabər olsaydı, Aya altmış addımda getmək olardı. Günəşə çatmaq üçün iyirmi min addım atmaq lazım olduğunu nəzərə alsaq, Ayın yaxınlığımızda olduğunu söyləyə bilərik. Başqa bir diqqəti cəlb edən xüsusiyyət, Ayın Yerdən baxdıqda görünən bucaq ölçüsünün Günəşinki ilə eyni olmasıdır. Bu günəş tutulması əsnasında müşahidə edilir, yəni Ayı Günəş ilə Yerin arasına qoyduqda Günəşin qarşısı tamamilə kəsilir.

Ayın səthi yerdən görmədiyimiz qədər kiçik-böyük bir çox kraterlə örtülüdür. Ayda atmosferin olmamasından qaynaqlanan, Yerdəkinə görə böyük bir ehtimalla daha çox sayıda asteroid, meteorid və quyruqlu ulduzun çarpması ilə meydana gəlmiş bu kraterlər – Ay səthindəki izləri silə bilən, daxili mənşəli geoloji aktivliklər (bazalt lavaları kimi), su və külək erroziyası olmadığına görə - silinməyib qalmışdır. Ay bu xüsusiyyəti ilə üzərində baş verən dəyişiklikləri milyardlarla il boyu saxlaya bilər. Bu kraterlərdən başqa Ayın səthi, okeana oxşayan geniş sahələrlə örtülüdür ki, keçmişdə bu sahələrin su ilə örtülü olduğu zənn edilirdi. Həqiqətən də Ayın səthi bir şey ilə örtülü idi, ancaq bu su deyil, lava idi. Ayın geoloji quruluşundan və götürülən nümunələrin təhlilindən, Yerin peykinin keçmişində vacib bir maqmatik aktivliyin olduğu təxmin edilir.

Yerdən Aya haradan və nə zaman baxılırsa baxılsın həmişə eyni tərəfi görünür. Bunun səbəbi, Yerin öz oxu ətrafındakı fırlanma sürəti ilə Ayın Yer ətrafındakı fırlanma sürətinin eyni olması, başqa bir sözlə, Ayın öz oxu ətrafında fırlanmaması, yəni yalnız Yerin ətrafında fırlanmasıdır (“peyk” adlandırılmasının səbəbi də budur). Əgər kosmosa uçmasaydılar, Ayın digər üzünü görmək mümkün olmayacaqdı. Əslində çox uzaq keçmişdə, Ay Yerə daha yaxın idi və o da öz oxu ətrafında fırlanırdı. Ancaq Yerin cazibə təsirindən dolayı bu fırlanması dayanmışdı. Elə o vaxtdan bəri Ay öz oxu ətrafında fırlanmır. Ancaq Ay daha sonra yavaş-yavaş uzaqlaşmağa başladıqca, bunun üçün lazım olan bucaq momentini tamamilə Yerin fırlanmasından əldə etdiyi üçün, Yerin fırlanmasını bir neçə milyard ildir ki, get-gedə yavaşlaşdırmağa başlamışdır. Hal-hazırda Yerdən hər il dörd santimetr uzaqlaşan Ay, bir Yer gününün də, hər il təqribən onmində biri nisbətində uzanmasına səbəb olur. Bütün bunlar geoloji keçmişdə günlərin daha qısa olduğunu göstərir.

Ayın yaxın tarixdə gördüyümüz digər üzü, davamlı bizə baxan tərəfi kimi deyil. Ən böyük fərq, bizə görünən üzündəki kimi çox geniş qaranlıq sahələrin olmaması, bunun müqabilində, daha çox kraterin olmasıdır. Bunun səbəbi hələ ki, məlum deyil.

 

Yerin aldığı enerji

İstilikləri Günəşin istiliyindən daha çox olan bir çox ulduz olsa da, digər göy cisimlərinin bucaq ölçüləri Günəş və Aya görə çox kiçik olduğuna görə bu ikisindən başqa gələn bütün enerji ehmal edilə bilər. Ay ilə Günəşi müqayisə etsək, görünmə bucaq ölçüləri bərabər olduğuna görə bu cisimlərdən gələn enerji bunların istilikləri nisbətinin dördüncü qüvvəsi ilə mütənasib olacaqdır. Dövrümüzdə Günəşin səth istiliyi təqribən 5500oC, Ayın ortalama səth istiliyi isə -20oC olduğuna görə, demək olar ki, Günəşin Yerə göndərdiyi enerji, Ayın göndərdiyindən iki yüz əlli min dəfə çoxdur (fiziki istilik vahidi Kelvin ilə). Təbii ki, burada bəhs edilən cisimlərin öz işıqlanmasından bizə gələn enerjilərdir. Bilirik ki, Ayın bir güzgü kimi Günəşdən gələn işığı əks etdirməsindən dolayı bizə göndərdiyi enerji, özünün işıqlandırdığı enerjidən çox daha artıqdır.

 

Keçmişdə bir günalt

İndi çox uzaq bir keçmişdə Dünyaya gələn enerjini hesablayaq. Ay o zamanlar tamamilə bazaltik bir maqma dənizi ilə örtülü idi (istiliyi təqribən 1700 oC düşünək) və Yerə, bu günkü uzaqlığının yüzdə onu qədər bir məsafədə (görünmə bucağı da indikindən on dəfə çox) idi, bu vəziyyətdə, Günəşdən gələn enerjinin Aydan gələn enerjiyə nisbəti bu günkündən daha az idi. Günəşin işığı da bu günkünə görə 15% faiz daha az olduğunu fərz etsək, o dövrdə Yerin aldığı enerjinin böyük bir hissəsinin Günəşdən deyil, Aydan gəldiyini rahatça söyləmək olar.

Belə bir keçmişdə bir dünya gününün necə ola biləcəyini təsəvvür etməyə çalışaq. Ayın işığının böyük qismi qırmızı idi. Ay bizə on dəfə daha yaxın olduğuna görə bu günkündən on dəfə daha böyük görünürdü və Yerin ətrafında belə fırlanırdı. Yer o dövrdə daha əvvəl də bildirildiyi kimi daha sürətlə fırlandığına görə Günəşin göy üzündə görünmə periodu daha qısa və təbii sıx intervalla olurdu. Belə bir gündə, bildiyimiz mənada bir gecə yox idi. Aydınlığa nisbətlə çox qısa müddətli ala qaranlıqlar bir-birini izləyirdi.

Dövrümüzdə mövsümlər, Yerin öz xəyali oxu ətrafında fırlanma oxunun Günəş ətrafında fırlanarkən çəkdiyi orbit müstəvisi ilə meydana gələn bucağın dik olmamasına görə, orbit müstəvisinə dik 23.50 dərəcə bucaq olmasından qaynaqlanır. Bu bucaqdan dolayı, ilin müəyyən vaxtında Günəşi göy üzündə daha təpədə, işığı dik gələcək formada və daha uzun müddətli gördüyümüz üçün ilin qalan qisminə görə günlər daha uzun və daha isti olur. Bu isti zaman diliminə “yay”, əks vəziyyətdəki dilimə isə “qış” deyirik. Bir yaydan sonrakı yaya Yer, Günəşin ətrafında bir dövr vurur. Bu vəziyyət keçmişdə asanlıqla hiss olunmurdu. Çünki Yer üzərində bir gündə hərarət fərqi, daha çox Ayın göründüyü bucaq və uzaqlıqdan asılı idi. Belə olan halda dövrümüzdəki kimi yay-qış periodu ilə müqayisə edərək, Yerin Günəş ətrafında firlanmasını və il məvhumunun nə olduğunu anlamaq mümkün olmaya bilərdi. Belə bir yer günü yaşanarkən “il” məvhumu, yaşanılan bölgədəki hərarət dalğalanmalarının həssas statistikası ilə və ya nisbətən qaranlıq anlarda ulduzların mövqelərinin bucaq ölçməsi ilə anlaşıla bilərdi. Dövrümüzdə anlaşılması daha asan olan mövcud Günəş Sistemində belə Yerin Günəş ətrafında fırlandığını, göy cisimlərinin dəqiq müşahidəyə edilməyə başlanmasından ancaq minlərlə il sonra anladığımızı düşünsək, yuxarıda tərif etməyə çalışdığımız keçmişdəki kompleks Günəş sistemində il məvhumunu anlamağın və illəri hesablamağın heç da asan olmayacağı aşkardır.

 

Daha gözəli varmı?

Fəza-zamanın xaricində olub, Yer-Ay Sisteminin keçmişi və gələcəyi bilinsəydi, və bu, uzun bir zaman dilimində yaşamış ən bədəvisindən, ən böyük aliminə qədər bütün insanlığa bir cümlə ilə demək lazım olsaydı, bu ifadədən daha bəlağətli bir formada anlatmaq olardımı görəsən:

“Biz gecəni və gündüzü bir dəlil kimi yaratdıq. Belə ki, Rəbbinizin nemətlərini tədqiq edəsiniz, bundan başqa illərin sayı və hesabını biləsiniz deyə gecənin ayətini silib yerinə gündüzün ayətini işıqlandırıcı etdik. Biz hər şeyi açıq aşkar anlatdıq.” (İsra, 17/12)

<!-- stopprint -->


  • Mühəndislik perspektivindən qiyamət
  • Bal pətəyinin riyazi sirləri
  • Ulduzların sirləri
  • Qara dəliklər
  • Elm və texnologiya üfüqləri
  • Marsın Sirləri
  • Ulduzların sürüşməsi
  • Göz möcüzəsi
  • Fotonlar
  • BİR AĞAC KƏSSƏK NƏ OLAR?
  • Tənqid psixolgiyası
  • Çox axtarılan qızıl
  • Körpəni qoruyan kimdir?
  • Dəniz cərəyanları
  • Keçirici üzvi polimerlər
  •  (Səslər #: 9)

     
    Baxılıb: 3626 Müəllif: Admin 14 İyun 2009 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » KİMLƏRİN BARMAQ İZİ YOXDUR
    » Qızıl alma-ərik
    » Gil torpağın quruluşu və faydaları
    » Hazırcavablar
    » Coğrafiya tarixi - 2
    » RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏL ...
    » Nizami Gəncəvinin qələmindən Peyğ ...
    » Yaponların kağız əfsanəsi: oriqami
    » Beyin fırtınası və düşünc ...
    » Abdulla Şaiq
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters