Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Googlebot

Qonaqlar: 4
Ümumi: 5

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

İnsan hesab verəcəkmi?

 

 

 

 

 

 

alt

Düşünün...

Yoxluqdan vücut tapdıq. Bir ana qarnından dünyaya gözlərimi açdıq. Ruzimiz, düz yanımızda süd olaraq göndərildi. Qayğı ilə bəsləndik, şəfqətlə böyüdük.

Əgər o ana şəfqəti və ata sevgisi verilməsəydi, bizim o dözülməz körpəliyimizə kim dözə bilərdi?

Dünyaya gəldiyimiz andan etibarən ətrafımız nemətlərlə dolduruldu. Günəş bizi isitdi, su bizi təmizlədi, qidalar qarnımızı doyurdu, hava tənəffüsümüzü təmin etdi. Və bütün bunları zəhmətsiz və pulsuz istifadə etdik.

Həyatı anlayan bir ağıl, dünyanı görən bir göz, səsləri duyan bir qulaq, dadları dadan bir dil, qoxuları alan bir burun olmasaydı, nə olardıq? Bütün bahalı orqanlara nə qədər pul ödədik?

Ağzımıza qoyduğumuz bir loxma, həzm edilib çıxarılana qədər minlərlə əməliyyatdan keçir və heç xəbərimiz də olmur. Bizə qalan yalnız o ləzzətli loxmanı ağzımıza qoymaqdan ibarətdir. Bəs ağzımızı, dişlərimizi, mədəmizi, həzm sistemimizi işlətmək də bizim işimiz olsaydı, halımız necə olardı?

Günün 24 saatını yalnız mədəmizin işlədilməsinə ayırsaq, yenə də çatdıra bilməzdik. Bu qurulan mükəmməl sistemin və işləmə nizamının nə qədərindən xəbərdarıq?

Dünyanın o sehrləyən gözəlliyinə qarşı gözlərimiz olmasaydı? O gözəl səslərə qarşı qulağımız və o doyulmaz dadlara qarşı da dilimiz olmasaydı? Həyatın nə qədər dözülməz olacağını düşünmək belə dəhşətlidir deyilmi? Deməli, kainatı yaradan kimdirsə, insanı yaradan da Odur. Çünki ikisini bir-birinə uyğun və tamamlayıcı formada yaratmışdır.

Düşünün...

Bir insan, vəzifəsi və məmurluğu gərəyi gördüyü hər işin hesabını verirsə, bu dünya nemətlərini bir ömür boyu istifadə edən insan, bunların hesabını verməyəcəkmi? Bir nəfəs hava, bir stəkan su və bir loxma çörək pulsuz verilmədiyi halda, bir ömür boyu saysız-hesabsız nemətləri istifadə edən və çox dəyərli məsrəflər edən bir insan, necə olur ki, qəbirdə başı boş və hesab vermədən yatsın?

Bir insan, xəstə gözləri üçün xərclədiyi pulu düşünərsə, o sağlam gözlərin nə qədər bahalı olduğunu və onu istifadə etməyin də çox ağır bir hesabının olacağını anlamazmı?

Bəs ağlı, ürəyi, mədəsi, qaraciyəri, ayaqları, qolları və saya bilmədiyimiz qədər çox və pulsuz istifadə etdiyi orqanları üçün nə qədər borcun altına girməkdədir? Bunu heç düşünməzmi?

Düşünün...

Bizim hər cür ehtiyacımızı bilən və ona görə bu kainat nizamını quran və hər cür imkanları önümüzə qoyan Allah, əbədi yaşamaq, sevdiklərimizlə birlikdə sonsuz bir həyatı bölüşmək arzumuzu geri qaytararmı? Bir-birlərini öləsiyə sevən ana və körpəsini ayırarmı? Onların birlikdə olma həsrətlərini gözlərində qoyarmı? Bütün bunlar, bir axirətin və Cənnətdə əbədi birgəliyin xəbərçisi deyilmi?

Haradan gəldik? Nə üçün gəldik? Haraya gedirik? Kimə, necə hesab verəcəyik?

Hər ağlı olan insan, bunları düşünmək məcburiyyətindədir.

Kainatın bir Xaliqi vardır. Hər şeyi O yaratmışdır! Bizi bir imtahan üçün göndərmişdir. Öldükdən sonra bir hesab günü olacaqdır. Bunun əksini iddia etmək, bunların olmayacağı mənasına gəlmir. Çünki, bunlara inanmamaq Allahın (haşa) və axirətin olmamasına dəlil deyil. Yalnız əbədi bir əzaba və Cənnətə girə bilməyəcəyinə dəlildir.

 

Xalid Ərtuğrul


  • Mübarək üç aylar
  • Həyatın əsl mənası
  • Qarla gələn gözəllik
  • Marsın Sirləri
  • Qənaət
  • Ayın isti olduğu, gecənin isə olmadığı z ...
  • Ramazanda hədəfimiz
  • Mühəndislik perspektivindən qiyamət
  • Nur içndə nur
  • Azərbaycanda kredit sistemi
  • Ürək möcüzəsi
  • Körpəni qoruyan kimdir?
  • Hər ləkəni yuyan iksir
  • KİMLƏRİN BARMAQ İZİ YOXDUR
  • Dünyanın ən kiçik ölkəsi
  •  (Səslər #: 8)

     
    Baxılıb: 2625 Müəllif: Admin 14 İyun 2009 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Azərbaycan ordusu dünənimizin, bu günü ...
    » Fotonlar
    » TBMM-DƏ ƏHMƏD CAVAD
    » “Allah” sözündəki möcüzə
    » Bekkerelin Sələfi
    » Ən qiymətli şey
    » Ürək möcüzəsi
    » Aslanın üç tükü
    » Heliumun kəşfi
    » Nizami Gəncəvinin qələmindən Allah - 1
     
    Təqvim
    «    İyun 2009    »
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters